Bu türbələr dövlət nəzarətinə götürüldü
Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.
Qeyd olunub ki, türbələr XVII əsrdə inşa olunub:
“Dövlət Xidmətinin abidə mühafizəçiləri tarixi abidələrin təmiz saxlanılması üçün müvafiq tədbirləri görürlər. “Türbələr kompleksi” bərpa edilməsi üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına salınıb”.