Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:49 Bu rüsum 4 dəfə azaldılır | 11:48 Viski içib maşın sürdü, 7 yaşlı uşağı vurub öldürdü - Təfərrüat | 11:47 Bir cihazdan müxtəlif bank hesablarına giriş mümkün olmayacaq | 11:46 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib | 11:45 Gümüş kəskin ucuzlaşdı | 11:44 Bir nəfərin öldüyü, üç nəfərin yaralandığı dava ilə bağlı şikayət verildi | 11:43 Lənkəranın yeddi kəndində elektrik enerjisinin verilişi müvəqqəti dayandırıldı | 11:42 Analiz vermək adı ilə xəstəxanada keçmiş arvadını öldürən şəxsin işi Ali Məhkəmədə | 11:42 Azərbaycan nefti bahalaşıb | 11:41 Qubada qadını vurub öldürən sürücü tutuldu | 11:40 Çempionlar Liqasında bu gün hansı oyunlar var? - TƏQVİM | 11:34 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb | 11:32 Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi | 11:25 Azərbaycanda bir neçə zabit milyonyarımlıq yeyintidə ittiham olunur | 11:24 400 tondan artıq təhlükəli toyuq əti - 3 nəfər məsuliyyətə cəlb olunub | 11:16 Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu | 23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər |
Mojo.az Avto
Mojo.az Avto

TƏBİB-dən Ayanla bağlı AÇIQLAMA: “Respublika Yanıq Mərkəzində müayinə olunub, vəziyyəti nəzarət altındadır”

18.05.2021 22:11 993
TƏBİB-dən Ayanla bağlı AÇIQLAMA: “Respublika Yanıq Mərkəzində müayinə olunub, vəziyyəti nəzarət altındadır”
“Sosial şəbəkələrdə paylaşılan fotosu ilə gündəmə gələn Ayan adlı uşağın ayağındakı yanıq xəsarətinə həkimlər tərəfindən baxış keçirilib”.

Bu barədə oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış açıqlama verib.

Elnarə Baxış bildirib ki, TƏBİB-ə daxil olan müraciətdən sonra uşağın Respublika Yanıq Mərkəzində ilkin müayinə və müalicəsi həyata keçirilib:

“Xəstəxanadan verilən məlumat görə, azyaşlının ayağında dördüncü dərəcəli yanıq xəsarətlərinin olduğu müəyyənləşib. Bu səbəbdən də ona bir ildən tez dəri köçürülməsi mümkün deyil”.

Bununla belə, TƏBİB nümayəndəsi bildirib ki, Ayanın səhhəti daim nəzarətdə saxlanılacaq. O, artıq ambulator müalicəyə cəlb olunub.

Son xəbərlər