Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Agentlik qazilərin protez təminatında problem olması iddialarına cavab verdi

07.05.2021 18:59 771
Agentlik qazilərin protez təminatında problem olması iddialarına cavab verdi
Qazilərimizin protezlərlə təminatı ilə bağlı problemin olması barədə qeyd edilənlər yanlışdır və məlumatsızlıqdan irəli gəlir.

Bu barədə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, bu sahədə, həmçinin Vətən müharibəsində xəsarət almış qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatında hər hansı çatışmazlıq özünü göstərmir: "Belə ki, yüksək texnologiyalı protezlərlə təminata ötən ilin dekabrından başlanıb və artıq 17 qazi yüksək texnologiyalı protezlə təmin olunub. Bu proses davam etməklə yanaşı, yuxarı ətrafların yüksək texnolgiyalı protezlərlə təminatına da başlanıb.

Aşağı və yuxarı ətrafların yüksək texnolgiyalı protezlərlə təminatı xüsusi yanaşma tələb edən prosesdir, burada amputasiya olunmuş güdülün protezləşməyə tam hazır vəziyyətə gətirilməsi üçün müəyən hazırlıq mərhələsi olur. Bu hazırlıq mərhələsi keçildikdən sonra müasir protezlə təminat həyata keçirilir. Vətən müharibəsində, hərbi əməliyyatlarda xəsarət alaraq protezləşməyə ehtiyacı yaranmış bütün qazilərimiz birmənalı olaraq ən yüksək texnologiyalı protezlərlə təmin ediləcək. Bu məqsədlə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən bütün müvafiq tədbirlər görülür".скачать dle 11.3
Mojo.az Banner