Mojo.az Banner
11:39 KİV: ABŞ-də bəzi məşhur avtomobil markalarının satışı dayandırıla bilər  |     11:23 Cəlilabadda qəza: 13 yaşlı oğlan öldü  |     11:14 "Telegram" bir gündə dünya üzrə 105 000-dən çox kanal və qrupu blokladı  |     23:00 Bu çay üzərində 600 metrlik mühafizə divarı tikiləcək  |     22:53 Türkiyədə azərbaycanlı qadının meyiti tapıldı  |     22:45 Cənubi Sudanda təyyarə qəzası oldu - Xeyli sayda ölən var  |     22:40 Bu ölkə rusiyalılara daşınmaz əmlak almağı qadağan edir  |     22:33 “WhatsApp” bu telefonlarda işləməyəcək  |     22:27 Bakının bir küçəsində hərəkət birtərəfli təmin ediləcək  |     22:19 Space TV-də daha iki verilişin yayımı dayandırılıb  |     22:14 Tehran Hörmüz boğazı ilə bağlı alternativ yola ət atdı  |     22:00 İsmayıllıda zavodda ÖLÜM  |     21:55 3 ayda 21 piyada ölümü - Kimdir günahkar?  |     21:48 Mövlam Şıxəliyevin oğlu Azərbaycanı tərk edib?  |     21:43 Qəhvənin bilinməyən faydası aşkarlandı  |     21:35 Gələn il xarici dil imtahanı necə olacaq? - DETALLAR  |     21:30 Piyadanın ölümünə səbəb olan sürücü hansı cəza ilə üzləşir  |     21:23 Şamaxıda yol qəzası olub, xəsarət alanlar var  |     21:16 Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR  |     21:16 “Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı  |    
Left Banner
Right Banner

Nazirlik 157 qazini yüksək texnologiyalı protezlərlə təmin edib

28.10.2021 13:41 1 326
Nazirlik 157 qazini yüksək texnologiyalı protezlərlə təmin edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin dekabrından qazilərin yüksək texnologiyalı protezlərlə təminatına başlanılıb.

Nazirlikdən verilən məlumata görə, Vətən müharibəsində yaralanaraq aşağı və yuxarı ətraflarını itirmiş qazilərimizdən artıq 157 nəfəri 166 yüksək texnologiyalı son nəsil protezlə təmin edilib.

Onlardan 144-ü aşağı ətraflarını itirmiş qazilərdir. Onlara təqdim edilən yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. İstifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, qeyri-bərabər səthlərdə addımlamağa, müxtəlif məkanlarda maneəsiz dönməyə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.

Digər 13 qazi isə yuxarı ətraflarını itirmiş qazilərdir ki, onlar da yüksək texnologiyalı protezlərlə təmin olunub. Bu protezlər yuxarı ətrafları amputasiya olunmuş şəxslərə xüsusi proqram təminatı vasitəsi ilə sosial həyata daha tez və rahat inteqrasiya imkanı yaradır.скачать dle 11.3
Mojo.az Banner