Mojo.az Banner
23:01 Bu rayonun bəzi ərazilərində işıq olmayacaq  |     22:55 Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı  |     22:48 Payız Azərbaycana bu gecə daxil olacaq  |     22:43 Bu ərazilərdə yaşayanlar köçürüləcək  |     22:34 Bakıda bütün universitetlər distant təhsilə keçdi  |     22:29 “İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayının az olmasının səbəbi açıqlandı  |     22:22 Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb  |     22:18 Paytaxt yollarında sıxlıq: Məlumat lövhəsi olmayan qazıntı ərazisi - Video  |     22:16 İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı - Agentlikdən açıqlama (Yenilənib)  |     22:13 Biləcəri qəsəbəsində daşan kanalizasiya sakinlər üçün təhlükə yaradır - Video  |     21:59 Cəlilabadda bədbəxt hadisə baş verib  |     21:53 Naxçıvanda sürət yarışı keçirən qohumlar TUTULDU  |     21:45 Xəbərdarlıq edildi: 24 sentyabrdan...  |     21:40 Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu - RƏSMİ  |     21:34 Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?  |     21:26 Eyni soyadlı cütlüklər daha az boşanır  |     21:21 Bu bürclərin həyatında möcüzə baş verəcək  |     21:13 Qaxda köşk qalmaqalı: Vətən müharibəsi iştirakçısının köşkü qanunsuz sayıldı, 1 illik cəza aldı  |     21:07 Alimlər ağrı zamanı beyində informasiya axınının dəyişdiyini aşkar etdi  |     21:00 Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?  |    
Mojo.az Avto
Mojo.az Avto

Qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatına başlanır

21.04.2021 15:43 861
Qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatına başlanır
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yuxarı ətrafların yüksək texnologiyalı protezlərlə təminatı sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi üçün dörd günlük təlimlərə başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, təlimləri bu sahədə dünyanın ən qabaqcıl texnologiyaya sahib şirkəti olan İslandiyanın “ÖSSUR” şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri aparır.

Agentliyin sədri Cavid Əbdul-qədirov vurğulayıb ki, dəstək tədbirləri sırasında müharibədə yaralanmış qazilərimizin reabilitasiya xidmətləri və reabilitasiya vasitələri ilə təminatı mühüm yer tutur.

Qazilərimizə keyfiyyətli reabilitasiya xidmətləri göstərilməsi üçün müasir infrastruktur yaradıldığını, postmüharibə dövründə yüzlərlə qazinin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə əhatə olunduğunu qeyd edib. Eyni zamanda, müharibədə yaralanmış qazilərimizin mühərrikli təkərli oturacaqlarla təminatına başlanıb.

Bildirilib ki, müharibə əlillərinin ötən ilin dekabr ayından yüksək texnologiyalı protezlərlə təminatı işləri aparılır. Artıq 16 hərbçi yüksək texnologiyalı protezlə təmin olunub və bu sahədə işlər davam etdirilir. Yaxın zamanlarda daha 12 hərbçi elektron ayaq protezi ilə təmin olunacaq.

Eyni zamanda, yuxarı ətrafları amputasiya olunmuş qazilərimizə də yüksək texnologiyalı protezlər veriləcək.

Müəssisədə yuxarı ətrafları amputasiya olunmuş qazilərimizlə görüş olub, protezin hazırlanması üçün onlardan ölçülər götürülüb.скачать dle 11.3
Mojo.az Banner