Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

“Taksim Kebab” restoranı və “Dominos pizza” evi cərimələnib - SİYAHI

04.05.2021 20:40 1 773
“Taksim Kebab” restoranı və “Dominos pizza” evi cərimələnib - SİYAHI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 3-də ölkə üzrə 457 ictimai iaşə obyektində 770 monitorinq keçirilib. Monitorinqlər zamanı 23 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev 11 ünvanında yerləşən, fiziki şəxs Əliyev Cavid Cabir oğluna məxsus restoran;

2. Bakı şəhəri, Yasamal rayonu, Ə. Salamzadə küç., ev 3m ünvanında yerləşən, fiziki şəxs Allahverdi Teymur Tofiq oğluna məxsus restoran;

3. Bakı şəhəri, Binəqədi ‎rayonu, Şövkət Məmmədova küçəsində yerləşən, hüquqi şəxs “Retro Holding” MMC-yə məxsus “Retro Şam” restoranı;

4. Bakı şəhəri, Nizami ‎rayonu, Qarayev pr., ev 34S ünvanında yerləşən, hüquqi şəxs "AZEMAT" MMC-yə məxsus “Dominos pizza” evi;

5. Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi 7 ünvanında yerləşən, fiziki şəxs Axundov Fuad Taryel oğluna məxsus çay evi;

6. Bakı şəhəri, Xəzər ‎rayonu, Şüvəlan ştq, Almas İldırım küçəsində yerləşən, fiziki şəxs Şəkərov İmran İslam oğluna məxsus kafe;

7. Bakı şəhəri, Binəqədi ‎rayonu, S. Axundov küç., ev 15/1 ünvanında yerləşən, fiziki şəxs Şükürov Fariz Hümmət oğluna məxsus kafe;

8. Bakı şəhəri, Binəqədi ‎rayonu, Əhməd Rəcəbli küç., ev 5 ünvanında yerləşən, fiziki şəxs Kərimov Cahangir Xalid oğluna məxsus kafe;

9. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 43b ünvanında‎ yerləşən, fiziki şəxs Məmmədov Abubəkr Bəhram oğluna məxsus “Darçın” restoranı;

10. Bakı şəhəri, Sabunçu rayonu, Xasməmmədov 5 ünvanında yerləşən, fiziki şəxs Məcidov Mahir Şirxan oğluna məxsus kafe;

11. Bakı şəhəri, Binəqədi ‎rayonu, S. Axundov 249 E/F ünvanında yerləşən, fiziki şəxs Mamedova Həqiqət Müzəffər qızına məxsus “Taksim Kebab” restoranı;

12. Bakı şəhəri, Binəqədi ‎rayonu, S. Axundov 7D ünvanında yerləşən, fiziki şəxs Həşimov Elburus Yaşar oğluna məxsus kafe;

13. Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi ilə Səməd Vurğun və M. Əliyev küçələrinin kəsişməsində yerləşən, hüquqi şəxs "ÖZSÜT AZƏRBAYCAN" MMC-yə məxsus "Özsüt qış parkı" restoranı;

14. Bakı şəhəri, Nəsimi rayonu, Qış Parkı ərazisində yerləşən, fiziki şəxs Qüdrətzadə İmran Ziyafət oğluna məxsus çay evi;

15. Bakı şəhəri, Nəsimi rayonu,‎ Rəşid Behbudov küç., ev 17 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Yunis Həsənalı oğluna məxsus dönər evi;

16. Bakı şəhəri, Nəsimi rayonu,‎ Aslanov 101 ünvanında yerləşən, fiziki şəxs Salmanova Səbinə Etibar qızına məxsus “Road” pub;

17. Sumqayıt şəhəri, Azərbaycan küçəsi, 18-ci məhəllədə yerləşən, fiziki şəxs Abdulhəşimova Xatın Bəxtiyar qızına məxsus "Sünbül" kafesi;

18. Bərdə rayonu, Nazırlı küçəsində yerləşən, fiziki şəxs İbrahimov Allahverdi Səyyat oğluna məxsus kafe;

19. Bərdə rayonu, Hacılar kəndində yerləşən, fiziki şəxs Yahyalı Musa Zahid oğluna məxsus kafe;

20. Saatlı rayonu, H. Əliyev prospekti 285 ünvanında yerləşən, fiziki şəxs Süleymanov Ülvi Nazim oğluna məxsus kafe;

21. Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yerləşən, fiziki şəxs Əliyev Seymur Davud oğluna məxsus kafe;

22. Cəlilabad rayonu, Qurtuluş prospektində yerləşən, fiziki şəxs Əliyev Emin Nazim oğluna məxsus kafe;

23. Kürdəmir rayonu, Xırdapay ünvanında yerləşən, fiziki şəxs İsrafilov Azər Rza oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.ölkə.az
скачать dle 11.3
Mojo.az Banner