Mojo.az Banner
19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |     17:58 Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi  |     17:48 Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq  |     17:24 Hicaba görə məktəbə getməyən uşağın valideyni 100 manat cərimələnə bilər – AÇIQLAMA  |     15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |    
Mojo.az Avto
Mojo.az Avto

Jurnalistlər Hadrutda olub, 900 yaşlı yeganə Şərq çinarı məhv edilməyib

28.04.2021 20:31 1 449
Jurnalistlər Hadrutda olub, 900 yaşlı yeganə Şərq çinarı məhv edilməyib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə işğaldan azad edilmiş Xocavənd rayonunun Hadrut qəsəbəsinə mediatur təşkil olunub.

“Report”un Xocavəndə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, nazirliyin sektor müdiri Mehman Nəbiyev jurnalistlərə Hadrut qəsəbəsində təbiət abidəsi kimi qeydə alınan 900 yaşlı Şərq çinarının ermənilər tərəfindən məhv edilməməsindən danışıb.

Onun sözlərinə görə, diametri 450 santimetr, hündürlüyü 40 metrdir: "Xocavənddə bu cür 12 təbiət abidəsi var ki, onlardan 7-si Şərq çinarıdır. Bu təbiət abidələri Azərbaycan SSRİ Nazirlər Sovetinin 1982-ci il 167 saylı qərarı ilə təbiət abidələri siyahısına daxil edilib. Monitorinq aparılan ərazilərdə 3 belə Şərq çinarının kəsilmədən saxlanıldığı aşkarlanıb. Əvvəlki ekspedisiyalardan məlum olub ki, Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında təbiət abidəsi kimi qeydə alınan 138 təbiət abidəsindən 123-ü kəsilib. Onlardan da 117-si Şərq çinarıdır. Həmin rayonlarda olan təbiət abidələrinin demək olar, hamısı kəsilib, yandırılaraq məhv edilib. Hadrutda olan 3 Şərq çinarı isə turistləri cəlb etmək üçün qorunub saxlanılıb. Bu onu deməyə əsas verir ki, ermənilər Hadrut qəsəbəsində yaşadıqları üçün buradakı təbiət abidələrindən turistik məqsədlərlə yararlanıb və məhv etməyiblər. Ancaq yaşamadıqları ərazilərdə 2000 ilə yaxın yaşı olan təbiət abidələrini məhv ediblər".

"Zəngilan, Qubadlı, Cəbrayıl və Füzuli rayonlarında olan tarixi abidələrin isə yalnız pöhrələri qalıb. Burada mənfur düşmənin məqsədi həmin ərazilərdə azərbaycanlıların izlərini silmək olub. Ona görə də həmin ərazilərdə olan abidələri məhv ediblər", - M.Nəbiyev bildirib.

Mediatur başa çatıb.скачать dle 11.3
Mojo.az Banner