Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənilər Cəbrayılda 800 yaşı olan Şərq çinarını xüsusi vandallıqla məhv edib - FOTO

14.04.2021 21:26 1 773
Ermənilər Cəbrayılda 800 yaşı olan Şərq çinarını xüsusi vandallıqla məhv edib - FOTO
Ermənistan Cəbrayıl rayonunun Əmirvarlı kəndində 800 yaşı olan Şərq çinarını xüsusi vandallıqla məhv edib. Diametri 2,7 metr olan ağac həm də ziyarətgah olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev Trend-ə açıqlamasında bildirib ki, ermənilər ağacı kökündən məhv edərək yandırıblar: "Lakin, ağacın kötüyü yenidən pöhrə verərək yetişməyə başlayıb: "Ağacın kökündən 15 pöhrə çıxıb. Şərq çinarı Qarabağ bölgəsi üçün xarakterik növlərdəndir. Bu növ ağac dünyada çox az yerdə yetişir. Cəbrayıl rayonunda 13 ədəd Şərq çinarı olub. Bu ağac təbiət abidəsi kimi qeydə alınıb və qorunurdu. Ağac Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il tarixli 167 saylı qərarı ilə təbiət abidələri siyahısına daxil edilib. Ağacın pöhrələri son 15 ildə böyüyüb. Ermənilər həmin pöhrələri də məhv etmək, yandırmaq istəyiblər".

M.Nəbiyev bildirib ki, Cəbrayıl rayonunda bu ağacdan başqa daha 9 Şərq çinarı var: "Onların arasında 1600 yaşlı, 800 santimetr diametrli ağaclar da var. Nazirlik tərəfindən aparılmış son monitorinqlər göstərir ki, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında həmin siyahıya daxil edilmiş 45 Şərq çinarının hamısı ermənilər tərəfindən kəsilib, kökü isə yandırılaraq məhv edilib.

скачать dle 11.3
Mojo.az Banner