Mojo.az Banner
18:39 30-a yaxın işçi "BI Group" şirkətindən maaşlarını ala bilmirlər - VİDEO  |     18:33 Bakıda plana düşən 200-dən çox ev sökülür - VİDEO  |     18:25 "Tərəqqi" medallı keçmiş direktor dünyasını dəyişdi  |     17:52 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     17:41 Vətəndaşlarla təhsil sektorunun işçisi arasında DAVA DÜŞDÜ - VİDEO  |     17:33 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper məhkəməyə verildi  |     17:09 İlanlar binalara və evlərə niyə girir? – Zooloqdan MÜHÜM açıqlama  |     17:07 Bakıda maşında meyit tapıldı  |     16:55 Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA - ÖZƏL  |     16:53 2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA  |     16:48 Külək güclənir - XƏBƏRDARLIQ  |     16:46 Boşandıqdan sonra eyni evdə yaşamaq məcburiyyətində qalanlar bunu bilməlidir  |     16:40 Mövsümi ucuzlaşma bitir: Meyvə-tərəvəz qiymətləri yenidən arta bilər  |     16:35 Kilosu 37 manat olan kolbasa piydən ibarətdir? — "Çiy ət dadı verir" - AÇIQLAMA  |     15:47 Bakıda daha bir küçədə avtobuslar üçün xüsusi zolaq yaradıldı  |     13:58 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA  |     13:52 İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər  |     13:45 Dövlət agentliyində YENİ TƏYİNATLAR  |     13:40 Suraxanıda ƏMƏLİYYAT: 32 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO  |     13:32 Bütün sosial ödənişlər nə vaxt yekunlaşacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Ukrayna baş nazirinin müavini: "Tezliklə tamamilə yeni Ağdam olacaq"

14.04.2021 19:40 1 053
Ukrayna baş nazirinin müavini:
“Ukraynanın Azərbaycana da fayda verə biləcəyimiz bir sıra sahələri var”.

“Report” xəbər verir ki, bunu Azərbaycanda işgüzar səfərdə olan Ukrayna baş nazirinin müavini – müvəqqəti işğal edilmiş ərazilərin yenidən inteqrasiyası naziri Oleksi Reznikov Ağdamda jurnalistlərə bildirib.

“Bildiyiniz kimi Ukrayna ən böyük taxıl istehsalçılarındandır və bu da Azərbaycanın azad olunmuş ərazilərinin bərpası üçün faydalı ola bilər. Həmçinin mühüm istehsalçısı olduğumuz metal da bu məsələdə kara gələ bilər. Nəhayət, Ukraynada əczaçılıq sənayesi də yüksək səviyyədə inkişaf edib ki, bu sahədə də təcrübəmizi azərbaycanlı dostlarımızla bölüşməyə hazırıq. Azərbaycanın insulin istehsalı ilə bağlı bəzi variantları araşdırdığını bilir və bu məsələdə də təcrübəmizi bölüşməyə hazırıq”, - O.Reznikov qeyd edib.

Qonaq Azərbaycanın müstəqillik illərində xeyli inkişaf etdiyini də dilə gətirib: “Uzun illər bundan əvvəl Azərbaycana gələndə Bakı şəhəri tikinti meydançasına çevrilmişdi. İndi də rəsmi şəxs qismində bura gələndə burada nə qədər böyük dəyişikliklər olduğunu, işlərin qayğı və məhəbbətlə görüldüyünü əyani görürəm. Amma Ağdamdakı blokpostdan keçəndə dəhşətli mənzərənin şahidi oldum. İşimdə belə bir sual yarandı – niyə? Niyə bunları dağıdıblar? Və qətiyyən şübhə etmirəm ki, tezliklə tamamilə yeni bir Ağdam olacaq. Gördüklərim mənə bu ümidi verir”.скачать dle 11.3
Mojo.az Banner