Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Ukraynanın Baş nazirinin müavini koronavirusa yoluxdu

11.11.2020 22:23 1 155
Ukraynanın Baş nazirinin müavini koronavirusa yoluxdu
Ukraynanın Baş nazirinin müavini, Donetsk kömür hövzəsində vəziyyətin nizama salınması üzrə əlaqə qrupunda Kiyevin nümayəndə heyətinin başçısının müavini Aleksey Reznikov bildirib ki, onda koronavirus aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.

"Bazar ertəsi axşam (noyabrın 9-da-red) özümü təcridetmədəyəm. Bu gün testin nəticələrini aldım. Müsbətdir. Özümü normal hiss edirəm", - deyə o “facebook”dakı hesabında yazıb.

Bir qədər əvvəl Ali Radanın spikeri Dmitri Razumkov da həmçinin “facebook”da bildirib ki, ona koronavirus diaqnozu qoyulub.

Reznikov çərşənbə günü Ukrayna hökumətinin iclasında iştirak edib.

Son xəbərlər