Mojo.az Banner
16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Paşinyan: Türklər əlbəttə ki, düşməndir, ancaq bundan sonra neyləyəcəyimizi anlamalıyıq

14.04.2021 17:37 757
Paşinyan: Türklər əlbəttə ki, düşməndir, ancaq bundan sonra neyləyəcəyimizi anlamalıyıq
Türklər və azərbaycanlılar düşməndir və bu məsələ müzakirə olunmur.

“Sputnik”in məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Parlament sədrinin müavini Alen Simonyanın türklərin nəhayət düşmən olub-olmadığı barədə sualını cavablandırarkən bildirib.

Qeyd edək ki, düşmənçilik haqqında müzakirələr Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın qalmaqallı bəyanatlarından sonra başlayıb. Belə ki, müsahibələrdən birində ondan Türkiyənin düşmən olub-olmadığı soruşulduqda, Qiqoryan “yanaşmalarımızı yenidən nəzərdən keçirməliyik” deyərək birbaşa cavabdan yayınmışdı.

Paşinyan bildirib ki, bu mövzuda hər hansı müzakirəni ümumiyyətlə anlamır, Ermənistanın tarixi, Qarabağdakı son müharibənin özü bu suala cavab verir.

“Bəli, türklər, azərbaycanlılar bizim düşmənimizdir və onlar da bizi düşmən hesab edirlər. Ancaq məsələ başqadır - bu düşmənçiliklə nə edəcəyik, bu düşmənçiliyi nə vaxta qədər artıracağıq”, - deyə o, bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə bu kontekstdə, belə bir sualı cavablandırmaq lazımdır: ermənilər və türklər qarşılarına bir-birlərini məhv etmək vəzifəsi qoyurlarmı?

“Düşünürəm ki, biz belə tapşırıqlar qoymamalıyıq, ancaq onlar da bunu etməməlidirlər. Biz birtərəfli qaydada türklərin düşmən olmadığına qərar verə bilmərik. Tarixən düşmənçilik edirik, amma məsələ bu düşmənçiliyi necə idarə etməyimizdədir”, - deyə Paşinyan əlavə edib.

O, vurğulayıb ki, dünyada bir-biri ilə düşmənçilik edən, ancaq eyni zamanda on milyardlarla dollarlıq ticari dövriyəsi olan dövlətlər var.скачать dle 11.3
Mojo.az Banner