Mojo.az Banner
21:59 Cəlilabadda bədbəxt hadisə baş verib  |     21:53 Naxçıvanda sürət yarışı keçirən qohumlar TUTULDU  |     21:45 Xəbərdarlıq edildi: 24 sentyabrdan...  |     21:40 Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu - RƏSMİ  |     21:34 Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?  |     21:26 Eyni soyadlı cütlüklər daha az boşanır  |     21:21 Bu bürclərin həyatında möcüzə baş verəcək  |     21:13 Qaxda köşk qalmaqalı: Vətən müharibəsi iştirakçısının köşkü qanunsuz sayıldı, 1 illik cəza aldı  |     21:07 Alimlər ağrı zamanı beyində informasiya axınının dəyişdiyini aşkar etdi  |     21:00 Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?  |     20:55 "Alibaba" Çinin ən güclü süni intellekt çipini təqdim etdi  |     20:48 Meymun tanınmış yazıçının həyat yoldaşına hücum edib öldürdü  |     20:42 "CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu  |     20:34 Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər  |     20:29 Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?  |     20:22 Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ  |     20:17 Azərbaycanda bu şəxslərin evlənməsi QADAĞANDIR  |     20:11 Bakının bu küçəsinə tanınmış alimin adı verildi  |     20:04 Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb  |     19:56 Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir  |    
Mojo.az Avto
Mojo.az Avto

Deputat: “Mina xəritələrini vermədiyinə görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir”

09.04.2021 23:13 1 023
Deputat: “Mina xəritələrini vermədiyinə görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir”
Beynəlxalq qanunlara əsasən, Ermənistan işğal altında saxladığı müddətdə minaladığı Azərbaycan ərazilərinin xəritələrini təqdim etməlidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib. C.Osmanov bildirib ki, bu məsələ beynəlxalq hüquq və normalarda öz əksini tapıb: “Amma çox təəssüf ki, 10 noyabrda imzalanan üçtərəfli bəyanatdan artıq 5 ay keçir, amma bu günə qədər Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təqdim etməyib.

Əlbəttə, Ermənistan həm müharibəyə qədər, həm müharibə boyunca da hərbi cinayət törətdi. Baxmayaraq ki, 10 noyabrda ermənilər kapitulyasiya aktına imza atdırlar, bu günə qədər minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təqdim etməməklə yenə də hərbi cinayətlərin törədilməsini davam etdirirlər. Və çox təəssüf ki, bu məsələdə dünya hələ də susur, dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar bu məsələyə münasibət bildirmirlər. Amma bu məsələ ilə bağlı beynəlxalq təşkilatlar, xüsusən hüquq müdafiəsi sahəsində ixtisaslaşan təşkilatlar Ermənistan tərəfinə ciddi təzyiq göstərməlidirlər. Əgər ciddi təzyiqlərdən nəticə çıxarmasa, Ermənistana sanksiyalar tətbiq edilməlidir.

Çox təəssüf ki, dünyada ikili standartlar mövcuddur və bu gün də biz o ikili standartları Ermənistana təzyiq göstərməməkdə görürük. Ermənistanın xəritələri təqdim etməməsi bir hərbi cinayətdir və bu hərbi cinayəti törədənlər gec-tez beynlxalq hüquq müstəvisində cavab verməli olacaqlar, beynəlxalq təşkilatların da məhz əsas işi ondan ibartdir ki, belə hallarda belə ölkələrə ciddi təzyiq göstərsinlər”.скачать dle 11.3
Mojo.az Banner