Mojo.az Banner
13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Putin azərbaycanlı rəqqası təltif etdi

09.04.2021 17:25 864
Putin azərbaycanlı rəqqası təltif etdi
Rusiya Federasiyası Prezidenti Vladimir Putinin 6 aprel 2021-ci il tarixli fərmanı ilə Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrının Primorsk səhnəsinin baş xoreoqrafı, dünya şöhrətli rəqqas Eldar Əliyev Rusiyanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Eldar Əliyev 1957-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1979-1992-ci illərdə Mariinsk Teatrının aparıcı solisti olub. O, dünyanın 40-dan çox teatr səhnəsində çıxış edib.

Eldar Əliyev bu günədək məsləhətçi, xoreoqraf, baletmeyster kimi Buenos-Ayres, Sidney, Seul, Şanxay, Pekin, Banqkok, Madrid, Berlin, Ottava, Roma teatrlarında dünya klassikasının bir sıra nümunələrinin tamaşaya qoyulmasında iştirak edib.

40-dan çox ölkədə qastrol səfərlərində olan sənətkar Vaşinqtondakı Kennedi Mərkəzi, Nyu-Yorkdakı Metropolitan Opera, Paris Opera, Roma Opera, Milandakı La Skala, Kovent Qarden, Kolizey, Sidney Opera teatrları daxil olmaqla ən nüfuzlu səhnələrdə çıxış edib, geniş tamaşaçı kütlələrinin rəğbətini qazanıb.

Eldar Əliyev 2016-cı ildə Mariinsk Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin olunub. O, ötən il Mariinski Teatrının Primorsk və Sankt-Peterburq səhnələrində dahi bəstəkar Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə” baletinin yeni quruluşunun müəllifi və quruluşçu baletmeysteri olub. Tamaşalarda Mariinski Teatrının simfonik orkestri və xoruna Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Azərbaycanın Əməkdar artisti Əyyub Quliyev rəhbərlik edib.скачать dle 11.3
Mojo.az Banner