Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Putin azərbaycanəsilli skripkaçını dövlət mükafatı ilə təltif etdi

23.07.2024 11:33 681
Putin azərbaycanəsilli skripkaçını dövlət mükafatı ilə təltif etdi
Rusiya Prezidenti Vladimir Putin bir sıra rusiyalı və xarici vətəndaşların dövlət mükafatları ilə təltif olunması haqqında fərman imzalayıb.

Mükafatçılar arasında Moskvada Böyük Teatrın orkestr artisti, əslən azərbaycanlı olan Teymur Usubov da var.

O, "Mədəniyyət və incəsənətdə əməyə görə" medalı ilə təltif edilib.

Qeyd edək ki, Teymur 10 avqust 1983-cü ildə Moskvada anadan olub. 1984-cü ildə ailəsi ilə Bakıya köçüb. Musiqiçinin atası - Azərbaycan və Rusiyanın musiqi mədəniyyəti və incəsənətinin korifeyi, rejissor və novator, Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Əli Usubovdur. Anası Yelena Usubova (Şevçenko) - Azərbaycan Dövlət Opera və Balet Teatrının və Omsk Musiqi Teatrının solisti, Omsk Dövlət Universitetinin incəsənət fakültəsinin müəllimi, Romans Teatrının rəhbəridir.

Teymur səkkiz yaşında Bülbül adına Bakı Musiqi Məktəbinin şagirdi olarkən artıq Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində simfonik orkestrlə çıxış edib. Sonradan Sankt-Peterburq Dövlət Konservatoriyasını və onun aspiranturasını bitirib. Burada artıq ikinci kursda, 19 yaşında Sankt-Peterburq Dövlət Akademik Kapellasının simfonik orkestrinin konsertmeysteri olub. Daha sonra altı il ərzində Moskva Dövlət Filarmoniyasının simfonik orkestrində çıxış edib və orkestrin solistlər ansamblına rəhbərlik edib. Artıq bir neçə ildir ki, Rusiyanın Dövlət Akademik Böyük Teatrının birinci skripkalar qrupunun tərkibinə daxildir və klassik sənətin dünya ulduzları ilə birlikdə çıxış edir.скачать dle 11.3
Mojo.az Banner