Mojo.az Banner
16:31 Maqnit qasırğası Yeri bürüdü  |     14:10 Azərbaycan XİN Venesuelaya başsağlığı verdi  |     13:56 Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu  |     13:49 Çimərliklərdə bu qaydaları pozanlar cərimələnə bilər  |     12:46 Fransada 10 yaşlı uşaq qadını öldürməyə cəhd göstərdi  |     12:19 Olimpiya çempionumuzdan sürpriz addım: Hidayət Heydərov Çində fərqli çəkidə tatamiyə çıxacaq  |     12:12 Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək  |     12:11 Kirayə götürdüyü avtomobili psixotrop maddənin təsiri altında idarə edən sürücü saxlanılıb  |     12:10 Həştərxan vilayətinin vitse-qubernatoru Fəxri xiyabanı ziyarət edib - FOTO  |     12:01 Azərbaycan nefti ucuzlaşdı  |     11:59 Keyfiyyətsiz yanacağın gizli əlamətləri  |     11:58 Niyə bəzi dərmanları gecə, bəzilərini isə səhər içməliyik?  |     11:53 Gürcüstan parlamentinin sədri Bayden administrasiyasını ittiham etdi  |     11:37 Balıqçı gəmiləri və ov alətləri dövlət sistemində qeydiyyata alınacaq  |     11:31 Astarada sahibkar mağazasında ÖLDÜ  |     11:27 Toxumçuluq sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı elektronlaşdırılır  |     11:11 Məşhur general 10 il sonra AZADLIĞA ÇIXDI  |     10:47 Bakıda 4 gün əvvəl dənizdə batan oğlanın meyiti TAPILDI  |     23:06 50 gündən sonra Günəş tutulması: Harada və nə vaxt izləmək olacaq?  |     23:00 "Koroğlu" yaxınlığında hərəkət istiqamətləri dəyişdirildi (VİDEO)  |    
Left Banner
Right Banner

Atasını 21 bıçaq zərbəsi ilə öldürən şəxslə bağlı qərar verildi

08.04.2021 15:00 1 647
Atasını 21 bıçaq zərbəsi ilə öldürən şəxslə bağlı qərar verildi
Ali Məhkəmədə atasını öldürməkdə təqsirli bilinən Laçın Novruzovun kassasiya şikayətinə baxılıb.

“Report”un xəbərinə görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2017-ci ilin yanvar ayında Binəqədi rayonu, 28 May qəsəbəsində baş verib. 1995-ci il təvəllüdlü L.Novruzov yaşadıqları evdə atası, 1965-ci il təvəllüdlü Məmmədov Mehman Musa oğlunu 21 bıçaq zərbəsi ilə qətlə yetirib.

İttihama görə, içki aludəçisi olan və tez-tez ailə üzvlərini təhqir edərək zor tətbiq edən M.Məmmədov yanvarın 4-də gecə saatlarında evə yenidən sərxoş gəlib. Anasına qarşı nalayiq ifadələr işlətməsindən sonra L.Novruzov mətbəx bıçağı ilə atasını qətlə yetirib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hökmdən verdiyi apelyasiya şikayəti isə təmin edilməyib.скачать dle 11.3
Mojo.az Banner