Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakı metrosundan YENİLİK – ödənişlər QR sistemindən aparılacaq

06.04.2021 20:21 912
Bakı metrosundan YENİLİK – ödənişlər QR  sistemindən aparılacaq
“Bakı metropoliteninin sərnişinləri gediş haqlarını QR-kod vasitəsilə həyata keçirə biləcəklər”.

Median.Az
-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bunu "Baku Transit Forum 2021 Smart City" tədbirində çıxış edən "Bakı Metropoliteni" QSC-nin işarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov deyib.

Onun sözlərinə görə, bu və digər növ ödənişlərin həyata keçirməsinə imkan yaradan yeni sistemin qoşulması istiqamətində sınaqlar aparılıb və müsbət nəticələr əldə olunub.

"Metropolitenin fəaliyyətinin bərpasından sonra bu imkanlar istifadəçilərin ixtiyarına veriləcək", - deyə E. Məmmədov qeyd edib.

Son xəbərlər