16:00 Qafqazda İLK - Azərbaycanda meyit donorun ürəyi transplantasiya edildi  |     15:52 Hazırda Xocalının 11 kəndinə əhalinin köçürülməsi istiqamətində işlər aparılır  |     15:29 Ermənistan Naxçıvana gedən dəmir yolu üçün maliyyə ayırmadı  |     15:26 Salyanda xoşagəlməz hadisə: Pulu itdiyi üçün şagirdin pulqabısını yoxlayan müəllim CƏZALANDIRILDI  |     14:20 ABŞ-nin hava nəqliyyatında ciddi problemlər qeydə alınır  |     14:19 Azərbaycanda məktəblilərin intim videoları yayıldı  |     14:00 Sumqayıtdan Bakıya hərəkət edən avtobusun hərəkət sxemi dəyişdirilir  |     13:54 Əvvəllər insan alveri cinayətlərinə görə məhkum olunmuş şəxs narkotiklə ƏLƏ KEÇDİ  |     13:46 Suraxanıda 12 minlik dələduzluq - Saxlanılan var  |     13:37 Ceyhun Bayramov Peter Siyarto ilə görüşdü  |     13:20 DTX tərəfindən saxlanılan icra başçısının köməkçisi DANIŞDI  |     12:56 Kiberpolis onlayn yolla zərərli kompüter proqramları satan hakeri ifşa etdi - Video  |     12:50 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilir  |     12:48 Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxılıb (Yenilənib)  |     12:31 Türkiyədən Azərbaycana gətirilən energetik içkilərdəki maddə orqanizmdə ciddi fəsadlara səbəb ola bilər  |     12:11 "OpenAI"dən iddialı hədəf: Şirkət dəyərini 1 trilyon dollara çatdıracaq  |     12:07 Balıkesirdə yenə zəlzələ oldu  |     12:06 Naxçıvanda insanları Bakıdan avtomobil gətirmək vədi ilə aldadan şəxs SAXLANILDI - Video  |     11:53 "Moskva" univermağında hansı qanunsuz işlər aparılıb? - AÇIQLAMA  |     11:47 Bakıda tanınmış müğənninin faciəli ölümünün TƏFƏRRÜATI (Yenilənib)  |    

“Lady Sharm” mağazalarının sahibi olan qardaşların qisası: Kənan Quliyev niyə həbsdədir?

“Lady Sharm” mağazalar şəbəkəsinin həbs edilən vəzifəli şəxsləri Ziyarət Abbasov, Elnur və Səməd İsmayılov qardaşları şərti cəza alaraq azadlığa buraxıldı

Qardaşlar ayrı-ayrı firmaların əmtəə nişanından istifadə edərək onları müxtəlif brend mallar adı altında satmaqda ittiham edilirdi. İşin ilginc tərəfi budur ki, Səməd İsmayılovun şikayəti ilə həbs edilən şəxslər həbsdədir və onların məhkəməsi davam edir.

Səməd İsmayılov özü həbs edilməmişdən öncə qardaşı Elnuru həbsdən qurtarmaq üçün tanışı Azər Pirimov vasitəsi ilə adam soraqlamağa başlayıb. Azər Pirimov da işçisi “Carçıoğlu Group” MMC-də mühasib işləyən Kənan Quliyevin atası Hikmət Quliyevə müraciət edib, vəzifəli tanışlarının olub-olmadığını soruşub.

Hikmət Quliyev də dostu Mehdi Sadıxova müraciət edib. Mehdi Sadıxov isə Prezident Administrasiyasında, Baş Prokurorluqda vəzifəli tanışlarının olduğunu deyərək, bu işi həll edə biləcəyini vəd edib və işdən pul qazanmağı düşünüb.

300 min manata danışılan işə görə əvvəlcə 50 min manat pul verən Səməd İsmayılov işlərin düzəlmədiyini görəndə hüquq-mühafizə orqanlarına müraciət edib.

Səməd İsmayılovun şikayətini araşdıran istintaq orqanı belə qənaətə gəlib ki, Hikmət Quliyev Mehdi Sadıxovla əvvəlcədən plan quraraq, Səməd İsmayılovun pulunu ələ keçirmək istəyiblər. Məqsəd isə ələ keçirdikləri pulu şəxsi ehtiyaclarına xərcləmək olub.

Bu iş üzrə Hikmət Quliyev və Mehdi Sadıxovla yanaşı Kənan Quliyev də həbs edilib. Kənan Quliyev Hikmət Quliyevin oğlu kimi bu cinayətin iştirakçısı hesab edilib.

Hər üç şəxs dələduzluğa cəhddə, başqa şəxsi cinayət törətməyə təhrik etməkdə və vəzifəli şəxsə rüşvət verməkdə ittiham edilərək həbs cəzası da alıblar.

Hikmət Quliyev 8 il, Mehdi Sadıxov 8 il, Kənan Quliyev isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onu da qeyd edək ki, dəymiş zərər -50 min manat istintaq zamanı Səməd İsmayılova ödənilib.

Səməd İsmayılova qarşı dələduzluq işi üçün Hikmət Quliyev və Mehdi Sadıxov törətdikləri əmələ görə özlərini təqsirli bilirlər. Kənan Quliyev isə özünü qətiyyən təqsirli bilmir və günahsız yerə həbs edildiyini bildirir.

Aldığı cəzadan narazı qalan iki azyaşlı uşaq atası olan Kənan Quliyev Bakı Apelyasiya Məhkəməsinə üz tutub və barəsində bəraət hökmü çıxarılmasını istəyir. Məhkəmə iclası aprelin 8-də Bakı Apelyasiya məhkəməsində baş tutacaq.

Kənan Quliyev heç bir sübut olmadan yalnız şahidlərin- əsasən də Səməd İsmayılovun qərəzli və yalan ifadələri əsasında həbs edildiyini bildirir.

İşin ən maraqlı tərəfi isə hər üç şəxsə qarşı vəzifəli şəxsə rüşvət vermək ittihamı verilib. Amma ortada nə vəzifəli şəxs, nə də vəzifəli şəxsə verilən rüşvət var. İstintaq zamanı da bu, sübuta yetirilib.

“Kənan Quliyevin göstərilən cinayət əməlini harada, nə vaxt və kimlərin iştirakı ilə törətdiyi konkret faktlarla sübut edilmir. Həbs edilən Hikmət Quliyevdən qisas almaq üçün bunu edib və Kənandan da şikayətçi olublar”,- deyə apelyasiya şikayətində qeyd edilir.

Hikmət Quliyev və Mehdi Sadıxov əməllərini etiraf edirlər. Amma Kənan Quliyev günahsız yerə həbs edildiyini bildirir.

Elnur və Səməd İsmayılov qardaşlarının atası Heydərxan Səmədov övladları həbs edildiyi üçün deyirdi ki, onun oğulları həbsdə olduğu müddətdə onların da övladı- yəni Kənan Quliyev də həbsdə qalacaq.

İndi Heydərxan Səmədovun övladları həbsdən buraxılıb. İki uşaq atası Kənan Quliyev isə həbsdə saxlanılır. Kənan Quliyevin ailə üzvləri bu həbsin qanunsuz olduğunu hesab edir və rəsmi qurumlara dəfələrlə müraciət ediblər.

Daha ağır ittihamlarla həbs edilən Səmədov qardaşları həbsdən azad edildikləri halda cinayət əməli sübut olunmayan Kənan Quliyev 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. (musavat.com)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 095 06.04.21 20:01