Mojo.az Banner
00:53 Bakıda su PROBLEMİ - Məhdudiyyətin SƏBƏBİ AÇIQLANDI  |     00:52 Vəhşicəsinə döyülən 83 yaşlı qadın xəstəxanada öldü - Oğlu saxlanıldı  |     20:02 Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü  |     19:57 Bakıda tuneldə xaotik vəziyyət: Aparılan yeni xətlənmə yolda sıxlığa və çaşqınığa səbəb olur (Video)  |     19:49 Bakıda modelin döşəyin altında gizlətdiyi pullar oğurlandı  |     19:43 "Bir qəpiyə yumurta sabah olacaq" (Video)  |     19:38 Saatlıda 16 yaşlı qız zəhərlənib öldü  |     19:32 Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - RƏSMİ  |     19:27 İt və ya pişiklə bir yerdə yatanlar DİQQƏTLİ OLUN  |     19:19 Boşanmaq çarə olmadı: Keçmiş həyat yoldaşı ilə evlənənlərin sayı açıqlandı  |     19:13 “Bütün xalqımızdan üzr istəyirik” - Arda Gülər  |     19:05 Göygöldə mikroavtobus aşdı: xəsarət alanlar var  |     19:00 Təhsildən kütləvi ayrılma: 13 min tələbə niyə oxumaqdan imtina etdi?  |     18:52 Ötən il neçə saxta diplom aşkarlanıb?  |     18:47 Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq?  |     18:39 Səhər yeməyində yumurtanı necə əvəz etmək olar? - Proteinlə zəngin 7 variant  |     18:35 Sabah 9-cu siniflər üçün bir sıra imtahanlar keçiriləcək  |     18:30 Bazar gününün - Havası  |     18:25 Bu görüntüləri gündəm oldu - Video  |     18:20 Gəncədə 20 yaşlı qız dərmandan zəhərləndi  |    
Left Banner
Right Banner

“Lady Sharm” kimin qəzəbinə tuş gəlib? - Nüfuzlu şəxslərin aldadılması, xaricdən sığınacaq...

04.02.2019 13:50 2 309
“Lady Sharm” kimin qəzəbinə tuş gəlib? - Nüfuzlu şəxslərin aldadılması, xaricdən sığınacaq...
Son günlər Bakıda məşhur "Lady Sharm” mağazalar şəbəkəsinin bağlanması haqda məlumatlar yayılıb. Bildirilir ki, şəbəkənin bir qrup məsul şəxsi hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

Həbsə səbəb mağazalar şəbəkəsinin bazara məşhur brendlərin saxtalaşdırılmış çeşidlərini çıxarmasıdır.

Median.Az xəbər verir ki, "Yeni Müsavat” bununla bağlı məlumatlar dərc edib. Qəzet yazır ki, məşhur brendlərin saxta çeşidləri Bakıda və xaricdəki sexlərdə hazırlanıb. Bu haqda hüquq mühafizə orqanlarına məlumat daxil olandan sonra "Lady Sharm” mağazalar şəbəkəsinin ayrı-ayrı ticarət nöqtələrində əməliyyatlar keçirilib, məşhur brendlərin saxtalaşdırılmış çeşidləri maddi sübut kimi yük maşınları ilə xüsusi anbara daşınıb.

"Lady Sharm” mağazalar şəbəkəsinin sahibləri xaricdə olduqlarından əməliyyat zamanı həbsdən yayına biliblər. Amma onların Bakıdakı işçilərindən xeylisi həbs edilib. Deyilənə görə, şəbəkənin əsas sahibi regional TV-lərdən birinin sahibinin kürəkənidir.

Məlumata görə, şəbəkənin rəhbər şəxsləri yaxınp çevrələrinə bildiriblər ki, Azərbaycana gələ bilməyəcəkləri təqdirdə, Avropa ölkələrindən siyasi sığınacaq istəmək fikrinə düşə bilərlər. İddialara görə, hətta bunun üçün bəzi müxalifət partiyalarının rəhbərlərindən böyük məbləğ müqabilində arayış almaq variantı da gözdən keçirilir.

Şəbəkənin rəhbərliyinin qəzəbə gəlməsinin səbəbi kimi nüfuzlu şəxslərin aldadılması olub. Bildirilir ki, "Lady Sharm” mağazalarından alver edən məşhurların arasında çox nüfuzlu şəxslər də olub, onların aldadılması prosesin bu həddə çatmasına gətirib çıxarıb.

"Lady Sharm” mağazalar şəbəkəsinin Bakıda ümumilikdə 16 ticarət nöqtəsi var, həmin nöqtələrdən biri "Gənclik Mall”da, digəri isə "28 May Mall”da yerləşir.

"Lady Sharm” mağazalar şəbəkəsinin "Neftçilər” metro stansiyasının yaxınlığındakı mağazası da hazırda bağlıdır. Yaxınlıqdakı mağazaların satıcıları deyiblər ki, buradakı "Lady Sharm” bir neçə gün əvvəl bağlanıb və nə vaxt açılacağı da bilinmir.


скачать dle 11.3
Mojo.az Banner