Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bərdədə 11 mindən çox şəxsə vaksin vurulub

02.04.2021 18:37 1 098
Bərdədə 11 mindən çox şəxsə vaksin vurulub
Bərdə rayonunda bu günə kmi 11 mindən çox şəxsə vaksin vurulub.

Median.Az
bildirir ki, bunu Trend-ə Bərdə rayon Mərkəzi Xəstəxanasından bildiriblər. Qeyd olunub ki, vətəndaşlar arasında vaksinasiyaya maraq yüksəkdir:

"Bərdə rayonuna ümumən bu günə kimi 12 min 400 vaksin göndərilib ki, onlardan 11 min 245-i artıq istifadə olunub. Hazırda ikinci dozanın vurulması həyata keçirilir. Növbəti həftənin birinci günündən etibarən isə 40 yaşdan yuxarı şəxslərin peyvəndlənməsinə başlanılacaq".

Xəstəxanadan qeyd olunub ki, vaksinasiya olunan şəxslər arasında əks-təsir qeydə alınmayıb: "Yalnız bir qadında həyəcandan psixoloji gərginlik yarandı. Onu da bir gün nəzarətdə saxladıqdan sonra evə buraxmışıq".

Qeyd edək ki, bu günə qədər ümumilikdə ölkə ərazisində 856 363 nəfər vaksinasiyadan keçib.

Son xəbərlər