Mojo.az Banner
19:47 Yaxın günlərdə maqnit qasırğası gözlənilir – Tarixlər açıqlandı  |     19:42 Nazir müavini: Xəzərin səviyyəsinin aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir  |     19:34 Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? - statistika  |     19:29 "OpenAI"ın baş alimindən xəbərdarlıq: "Gələcəyə nəzarəti insanların əlində qalmalıdır"  |     19:21 Subay kişilər daha sürətli qocalır?  |     19:16 “Mannhaim Travel”in direktoru vətəndaşları xaricdə iş vədi ilə aldadıb pullarını ələ keçirdi  |     19:10 Toyda arvadına kilolarla qızıl taxan fenomen həbs edildi  |     19:03 Azərbaycanda bu şəxslərə milyonlarla manat ƏDV geri qaytarıldı - RƏSMİ  |     18:56 Macarıstan 10 rus diplomatını ölkədən çıxarır  |     18:50 AFFA 4 klubu cərimələdi  |     18:42 Fermerlər üçün erkən xəbərdarlıq sistemi yaradılacaq  |     18:37 Bu sahədə qızlar oğlanları üstələdi - Azərbaycanda ilk  |     18:30 Bu şəxslər pensiya ala bilməyəcək  |     18:24 Küləkli havada 4 nəfər xəsarət alıb  |     18:15 Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı  |     18:09 Xırdalanda daş sexinin fəaliyyətindən NARAZILIQ - VİDEO  |     18:01 Sürücülər bu mahnılara qulaq asmasın  |     17:57 Sumqayıtda zəncirvari qəza: Beş avtomobil toqquşub  |     17:53 Azərbaycan polisi Amerikada vacib sammitə dəvət olundu  |     17:35 “Gənclik Mall”da xəbərdarlıq sistemi buna görə işə düşüb  |    
Left Banner
Right Banner

Bu günə qədər 200 mindən artıq vətəndaşa vaksin vurulub - RƏSMİ

23.02.2021 13:29 1 455
Bu günə qədər 200 mindən artıq vətəndaşa vaksin vurulub - RƏSMİ
COVID-19 xəstəliyi əleyhinə vaksin strategiyasına əsasən hazırkı mərhələdə 50 yaş və daha yuxarı şəxslərin peyvəndlənməsi həyata keçirilir.

Bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Belə ki, fevral ayının 23-ü üçün 200 mindən artıq vətəndaş COVID-19 xəstəliyinə qarşı vaksinasiya edilib.

“Vətəndaşlarımızı vaksinasiya prosesində aktiv iştirak etməyə çağırırıq. Xüsusən yaşı 50-dən yuxarı olan şəkərli diabet xəstələrini COVID-19 virusuna qarşı vaksinasiyaya dəvət edirik”, - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, 50 yaş və daha yuxarı şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər ərazi üzrə poliklinikaya zəng edərək qeydiyyatçıya kimliyi barədə məlumat verməlidir. Bu zaman qeydiyyatçı həmin şəxs üçün sözügedən elektron xidmət vasitəsilə onlayn növbənin götürülməsini təmin edir.скачать dle 11.3
Mojo.az Banner