Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Rusiya və Ermənistan XİN başçıları regionda nəqliyyat əlaqələrinin bərpa edilməsini müzakirə edib

01.04.2021 22:07 963
Rusiya və Ermənistan XİN başçıları regionda nəqliyyat əlaqələrinin bərpa edilməsini müzakirə edib
Rusiya xarici işlər naziri Sergey Lavrov cümə axşamı Moskvada Ermənistan XİN başçısı Ara Ayvazyanla keçirdiyi görüşdə Dağlıq Qarabağla əlaqəli humanitar və iqtisadi məsələləri müzakirə edib.

Median.Az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. Dağlıq Qarabağda humanitar məsələlərə, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərinə xüsusi diqqət yetirilib”, - məlumatda bildirilib.//ölkə.az

Son xəbərlər