Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Sergey Lavrov Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşüb

21.10.2020 16:28 1 128
Sergey Lavrov Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşüb
Rusiya Xarici İşlər naziri Sergey Lavrov 20-21 oktyabr tarixlərində Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüş zamanı Dağlıq Qarabağda atəşkəs razılaşmasının icrasına dair aktual məsələləri müzakirə edib.

Bu barədə Rusiya Xarici İşlər nazirliyinin yaydığı məlumatda qeyd olunur.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla son zamanlar baş tutmuş telefon əlaqələrindən sonra, 20 və 21 oktyabr tarixlərində Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşlər keçirilib”, - deyə Rusiya XİN-in yaydığı məlumatda bildirilir.

“Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə dair əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı həlli üçün şərait yaradılması ilə bağlı təcili məsələlər müzakirə edilib”, - deyə mətbuat xidmətinin açıqlamasında yazılıb.скачать dle 11.3
Mojo.az Banner