Mojo.az Banner
21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |     19:52 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib - Foto  |     19:41 Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu  |     19:30 COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb  |     19:14 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək  |     18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlikdən ərəblərin Acınohurdakı macəraları ilə bağlı açıqlama "4000 manat cərimə olunublar"

26.03.2021 13:29 1 041
Nazirlikdən ərəblərin Acınohurdakı macəraları ilə bağlı açıqlama
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Acınohurda ərəb turistlərin ov macəralarına aid açıqlama verib.

ETSN-in Departament direktoru Hikmət Əlizadənin verdiyi məlumata görə, ölkəyə turistlərin gəlməsi, onların hərəkəti və icazələrin verilməsi Nazirliyin səlahiyyətləri xaricindədir.

"Acınohur yasaqlığının ərazindəki 372 hektar torpaq sahəsi 2017-ci ildə yerli bir vətəndaşa icarəyə verilib. Həmin vətəndaş müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər. Bir neçə gün əvvəl onların heyvanlarla rəhmsiz rəftar etmə barədə məlumat daxil olub və onlar bununla bağlı cərimə ediliblər. Dünən mətbuatda yayılan məlumatlara əsasən həmin ərazidə ov aparılması məlumatları daxil oldu. Dərhal araşdırılmala başlanıldı və fakt qismən təsdiqini tapdı", - deyə Hikmət Əlizadə bildirib.

O həmçinin qeyd edib ki, sosial şəbəkələrdə əvvəlki illərə məxsus olan, hətta ərazisinin müəyyən etmək mümkün olmayan bır sıra foto və videolar paylaşılmışdı. İddia olunur ki, bunlar hamısı həmin ərazidə baş verib. Hazırda quşların miqrasiya dövrü bitib. Buna görə ölkədə quşların sayı da azdır. Amma bəzi faktlar təsdiqini tapdı. Bununla bağlı tərəfimizdən iki ərəb turist ovçuluq haqqında qanunvericiliyin pozulmasına görə təqribən 4000 manat civarında cərimələndi. Ümumiyyətlə, yasaqlıq ərazisində onların hərəkətini məhdudlaşdırmaq üçün müvafiq tədbilər görülüb. Ərazidə müxtəlif yerlərdə postlar qurulub. Araşdırmalar davam etdiriləcək. Əlavə məlumat olarsa, ictimaiyyət məlumat veriləcək”.скачать dle 11.3
Mojo.az Banner