Mojo.az Banner
20:16 Azərbaycan avrokuboklarda yeni rekorda imza atdı  |     20:08 155 nəqliyyat vasitəsi hərracda satıldı  |     20:02 Səhərlər güclü susuzluq yaşayanların nəzərinə!  |     19:55 Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı  |     19:50 Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı  |     19:42 Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş - FOTO  |     19:37 Kreditini tam ödəyən şəxsdən əlavə pul tələb olunur? - VİDEO  |     19:30 Birinci Qarabağ müharibəsi veteranı dünyasını dəyişdi  |     19:04 32 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib  |     18:38 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı  |     18:22 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi  |     18:22 Sadır Japarov Azərbaycana səfərə gəlib  |     18:20 Əməkdar jurnalist vəfat etdi  |     18:19 Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb  |     18:11 İranpərəst qruplaşma Azərbaycana hücumu etiraf etdi  |     18:07 Gəncədə 26 yaşlı kişini küçədə bıçaqladılar  |     18:06 İsrail prezidenti Azərbaycana səfərə gəldi - Foto  |     18:04 Şahin Şıxlinskinin Yekaterinburqda rəhbərlik etdiyi təşkilat ləğv edildi  |     17:53 Şavkat Mirziyoyev Bakıya yola düşüb  |     17:29 Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı  |    
Mojo.az Avto
Mojo.az Avto

Poliklinikada vaksinasiya qaydaları kobud şəkildə pozulur

25.03.2021 23:05 1 080
Poliklinikada vaksinasiya qaydaları kobud şəkildə pozulur
Bakıda koronavirus əleyhinə vaksinasiya zamanı qayda pozuntuları ilə bağlı vətəndaşlardan şikayətlər daxil olmaqda davam edir. Jurnalist Nailə Balayevanın Turan-a verdiyi məlumata görə, o, martın 24-də həyat yoldaşı, tarixçi Aydın Balayevlə birlikdə Çində istehsal edilən Sinovak (Koronavak) vaksininin birinci dozasını vurdurmaq üçün Bakıdakı 16 saylı poliklinikaya gəlib. Onlar Operativ Qərargahın koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı təlimatına əsasən, əvvəlcədən randevu.its.gov.az saytında elektron növbədə qeydiyyatdan keçiblər, saat 10.00-11.00 radələrində poliklinikada olmalı olduqları barədə mesaj alıblar.

Amma tibbi müəssisəsində onlar izdihamla qarşılaşıblar. Qapının ağzında dayanan əməkdaş Balayevlərə üzərində 48 və 49 rəqəmləri yazılmış əzilmiş, dəfələrlə istifadə edilmiş kartonlar verib. Elektron növbə haqqında suala cavabda deyib ki, o, boş şeydir, real növbə buradadır, elektron sənəd isə nəzərə alınmır. Vaksinasiyaya gələnlərin yaşı yerində yoxlanılmırdı.

Bir saat gözlədikdən sonra Balayevlərin növbəsi çatıb. Onlar kişi üçün vaksini digər otaqda şprisə dolduran tibb bacısı Lyudmila Qaralovanın iş metodunu gördükdə qəzəbləniblər. Vətəndaşlar sudan deyil, vaksindən istifadə edildiyindən, məhlulun əvvəlki xəstələr üçün açılmış ampuladan yığılmadığından əmin ola bilməyiblər.

Jurnalist 16 saylı poliklinikanın baş həkimi Sara Cabbarlıya şikayət edib, o isə cavabında deyib: Siz peyvənd olundunuz, tabeliyimdəki insanla necə rəftar edəcəyimə isə mən özüm qərar verəcəyəm.

Balayeva Turan-la söhbətində poliklinikadakı izdihamın səbəbini izah edib: Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin elektron sistemində vaksinin 18.00-a qədər vurulması mümkünlüyü bildirilsə də, 16 saylı poliklinikada vaksinasiya saat 10.00-dan 14.00-a qədər həyata keçirilir. Saat 17.00-da gələn vətəndaşlar növbəti gün vaksinasiya üçün qayıtmaq məcburiyyətində qalırlar.

Turan ilk dəfə martın 5-də Xırdalanda 5 nömrəli məktəb binasında vaksinasiya ilə bağlı belə qarışıqlıq haqqında yazmışdı. Elektron növbədə qeydiyyatdan keçən iqtisadçı Samir Əliyev həyat yoldaşı ilə birlikdə qapalı məktəb binasında, gözləyənlərin heç də hamısının maska taxmadığı izdiham içərisində canlı növbə tutmaq məcburiyyətində qalıb. Bu şəraitdə vətəndaşlar koronavirusa yoluxa bilərlər, axı növbədə dayananlara peyvənd vurulmayıb və onlar riskli yaş qrupuna daxildirlər.

Turan-da olan məlumata görə, Bakıdakı 7 nömrəli poliklinikada əhalinin vaksinasiyası prosesi qaydalara uyğun, elektron növbə əsasında həyata keçirilir. Bu barədə məlumat verən şəxs növbədə gözləmə, səthi həkim müayinəsi və bilavasitə vaksinasiyadan sonra xəstənin vəziyyətinin 30 dəqiqəlik müşahidəsi də daxil olmaqla, proseduru 40 dəqiqə ərzində keçib.

Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyindən vəziyyəti Turan-a şərh edərkən bildiriblər ki, vaksinasiya yerlərində izdihamı onlayn növbə götürməyən, həmçinin müəyyən edilmiş vaxtdan tez və ya gec gələn vətəndaşlar yaradır.

Əməkdaşlar müəyyən edilmiş vaxta riayət etmədən gələn yaşlı şəxslərə peyvənd vurmaqdan imtina etmirlər. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən əlavə ediblər ki, vətəndaşların elektron növbədən istifadə etməsində israr edirlər, özləri onlayn qeydiyyatdan keçə bilməyənlər isə kömək üçün yaşadıqları yer üzrə poliklinikaya müraciət edə bilərlər.скачать dle 11.3
Mojo.az Banner