Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Gəncə terrorundan əziyyət çəkənlərə yeni mənzillər təqdim edilib

22.03.2021 13:17 936
Gəncə terrorundan əziyyət çəkənlərə yeni mənzillər təqdim edilib
Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlardakı mülki əhalimizi, eləcə də infrastruktur obyektlərini hədəf seçmiş, müxtəlif növ silahlarla, artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törədib, mülki şəxslərimizi qətlə yetirib, insanların əmlakına, infrastruktur obyektlərinə irimiqyaslı zərər vurub.

Ermənistanın Gəncə şəhərinə atdıqları raket zərbələri nəticəsində yaşayış yerləri dağılmış sakinlərin bir hissəsi Novruz bayramı günlərində yeni mənzillərlə təmin edilib.

Qeyd edək ki, “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası ötən müddətdə müvafiq işlər aparıb. Dövlət Komissiyasına Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi, dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərin təqdim edilməsi tapşırılıb.

Dövlət Komissiyası tərəfindən ilkin mərhələdə raket zərbələri nəticəsində dağıntıya məruz qalmış çoxmənzilli yaşayış binalarında yaşayan 89 ailə müəyyən edilib. Həmin binalarda yaşayan 66 ailə Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi 272 ünvanında yerləşən yeni yaşayış kompleksində tam təmirli mənzillərlə təmin edilib.

Mənzillərin bölgüsü vətəndaşlara məxsus yaşayış sahələrinə müvafiq - püşkatma yolu ilə müəyyən olunub. Martın 4-də püşkatma nəticəsində 66 ailəyə aid 92 mənzilin yeni ünvanı müəyyən edilib və müvafiq sənədləşmə işinin aparılmasına başlanılıb. Novruz bayramı günlərində isə 60 mənzilə dair müvafiq sənədlər və mənzillərin açarları sahiblərinə təqdim edilib. Sənədləşmə işi hazırda davam edir.скачать dle 11.3
Mojo.az Banner