Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Martın 19-u Ümumdünya Yuxu Günüdür

19.03.2021 19:48 1 155
Martın 19-u Ümumdünya Yuxu Günüdür
Ümumdünya Yuxu Günü ilk dəfə 2008-ci ilin martında qeyd edilib və həmin vaxtdan Dünya Səhiyyə Təşkilatının qərarı ilə sağlamlıq və yuxu problemləri çərçivəsində hər il martın üçüncü cümə günü Ümumdünya Yuxu Günü kimi tibbi tarixə daxil edilib.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, hesablamalara görə həyatımızın təxminən üçdəbiri yuxuda keçir və bu, orta hesabla ən azı iki on illik deməkdir. Yuxu zamanı bədən tamamilə hərəkətsiz olsa da, beyin işləməkdə davam edir. O, ötən gün ərzində alınan müxtəlif informasiyaları, necə deyərlər, yerbəyer edir, lazım olmayanı unudur.

Yuxu orqanizmin xüsusi vəziyyətidir. Yuxu zamanı gün ərzində orqanizmin itirdiyi enerji bərpa olunur və əsəb sistemi nizama düşür, gümrahlıq hissi yaranır. Məhz onun sayəsində növbəti gün üçün toparlanmaq mümkündür. Ümumdünya Yuxu Günündə televiziya ilə sosialyönümlü reklam çarxları nümayiş olunur, müxtəlif konfrans və simpoziumlar təşkil edilir, yuxunun müxtəlif problemlərinə və onun pozulması, eləcə də orqanizmə təsiri ilə əlaqədar tədbirlər keçirilir.

Yatmazdan qabaq bir neçə sadə qaydaya əməl etmək lazımdır. Yuxudan əvvəl alkoqol və tərkibində kofein olan məhsulları qəbul etmək əsəb sisteminə mənfi təsir göstərir. Axşam yeməyindən sonra yatana qədər 4 saata yaxın vaxt keçməlidir.

Həkimlər pis yuxunu gələcəkdə insult, infarkt, hipertoniya və digər ciddi xəstəliklərə doğru addım hesab edirlər. Eyni zamanda, normal yuxu ürək-damar və bir çox başqa xəstəliklərin, həmçinin piylənmənin profilaktikası üçün təsirli vasitələrdən biridir. Mütəxəssislər iddia edirlər ki, doyunca yatmamaq nəinki işgüzarlıq keyfiyyətini aşağı salır, həm də əsəb gərginliyinə aparıb çıxarır.

Ancaq çox yatmaq heç də az yatmaqdan az zərərli deyil. Alimlərin fikrincə, normal yuxu müddəti sutkada 7-8 saat təşkil etməlidir. Bəzi mütəxəssislər qadınların emosional olduğuna görə onlara daha çox yuxu lazım olduğunu hesab edirlər. Uşaqlara isə orqanizmin normal fəaliyyəti üçün sutkada ən azı 10 saat yatmaq lazımdır. Tam normal yuxu onlarda diqqətsizlik təzahürlərini azaltmağa və davranışı yaxşılaşdırmağa kömək edir.скачать dle 11.3
Mojo.az Banner