Mojo.az Banner
14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

“BBC Ukraina” Ağdam rayonu və məcburi köçkünləri barədə reportaj hazırlayıb - VİDEO

19.03.2021 13:14 2 139
“BBC Ukraina” Ağdam rayonu və məcburi köçkünləri barədə reportaj hazırlayıb - VİDEO
“BBC Ukraina” Ağdam rayonu və bu torpaqlardan 30 ilə yaxın ayrı düşmüş insanlar barədə videoreportaj hazırlayıb.

Materialda öz doğma yurdlarına qayıtmaq həsrətilə yaşayan məcburi köçkünlərin hisləri Natiq Allahyarovun timsalında tamaşaçılara təqdim olunur.

“Mənə heç nə lazım deyil. Nə ev, nə şərait. Yalnız şəhidlərimizin qəbrini görmək, o torpağı diz üstə sürünərək öpmək istəyirəm”, - deyə o, bildirir.

Reportajda bir vaxtlar Ağdamın regional mərkəzlərdən biri olduğu, lakin erməni işğalı dövründə şəhərin xarabalığa çevrildiyi qeyd olunur. 1993-cü ildə Ermənistan tərəfindən işğal olunmuş şəhərin bu yaxınlarda Qarabağda aparılan hərbi əməliyyatlar nəticəsində azad edildiyi diqqətə çatdırılır.

“Mən bu kənddə - Ağdam rayonunun Şıxbabalı kəndində doğulmuşam. 28 ildir ki, öz evimdən çıxmışam. İndi bura qayıdarkən yaşadığım hissləri sözlə təsvir edə bilmirəm”, - deyən Natiq göz yaşlarını saxlaya bilmir və əyilərək doğma torpağını öpür.

Daha sonra birinci Qarabağ müharibəsi veteranı olan qəhrəmanımız öz döyüş yoldaşlarından danışır, onların bir çoxunun şəhidlik zirvəsinə ucaldığını bildirir.

Sonda isə o, təhlükəsizlik səbəbindən hələ ki, mülki şəxslərin əraziyə buraxılmadığını, lakin müharibə veteranı olmasını nəzərə alaraq, onun istisna hal kimi doğma Ağdamı ziyarət etməsinə şərait yaratdığı üçün müvafiq qurumlara təşəkkür edib.скачать dle 11.3
Mojo.az Banner