Mojo.az Banner
13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ-ın “The Wall Street Journal” nəşri Qarabağdan reportaj hazırlayıb - FOTO

15.02.2021 22:46 963
ABŞ-ın “The Wall Street Journal” nəşri Qarabağdan reportaj hazırlayıb - FOTO
ABŞ-ın nüfuzlu “The Wall Street Journal” nəşrində “Ermənistanla birinci Qarabağ münaqişəsindən on illər sonra azərbaycanlılar tərk edilmiş şəhərlərə qayıtmaq üçün yarışırlar” sərlövhəli yazı dərc olunub.

Müəllifi Enn M.Saymons olan yazıda yüzminlərlə azərbaycanlı məcburi köçkünün işğaldan azad olunmuş torpaqlara qayıtmaq sevinci ağdamlı Paşayevlər ailəsi, eləcə də vaxtilə Füzuli rayonundan məcburi köçkün düşmüş Elxan Xanəlizadənin timsalında oxuculara çatdırılır.

Məqalədə qeyd olunur ki, erməni qüvvələrinin yüzminlərlə azərbaycanlını Dağlıq Qarabağ və ətraf rayonlardan qovub çıxarmasından 30 il sonra, payızda Azərbaycanın öz ərazilərinin böyük bir qismini geri qaytarmasının ardından, Sayalı Paşayeva və onun kimi bir çox məcburi köçkünlər öz əzəli torpaqlarına qayıtmağın sevincini yaşayırlar. Lakin bu sevinc həm də bir çox suallarla müşayiət olunur. Geri qayıtmaq istəyən insanlar harada və necə yaşayacaqlarını hələ dəqiq bilmirlər. Çünki ötən illər ərzində onların bütün mülkləri və təsərrüfatları dağıdılıb.

Məqalədə məcburi köçkünlərin xatirələrinin ardından, münaqişənin tarixinə dair məlumat verilir. Oxucuların diqqətinə çatdırılır ki, münaqişənin ilk vaxtlarından Dağlıq Qarabağ BMT tərəfindən məhz Azərbaycanın tərkib hissəsi kimi tanınır.

Daha sonra yazıda məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün dövlət tərəfindən görülən və görüləcək işlərdən danışılır, qayıdış prosesinin uzunmüddətli olacağı bildirilir. Buna səbəb olaraq isə bütün nəqliyyat infrastukturunun dağıdılması, bərpa işlərinin məhz bu baxımdan çətinliyi vurğulanır.

скачать dle 11.3
Mojo.az Banner