Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

OBA marketin administratorunu öldürənlər hakim qarşısında

18.03.2021 20:40 1 062
OBA marketin administratorunu öldürənlər hakim qarşısında
Masallı rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Kənan Bəyoğlanlı və Abdin Bəyoğlanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Median.Az
teleqraf.com-a istinadən bildirir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 1-nə təyin olunub.

İttihama görə, ötən il sentyabrın 7-də gecə saat 01.00 radələrində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Malik Şiriyevin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla zərərçəkmişin tanışı 1998-ci il təvəllüdlü Kənan Bəyoğlanlının şəxsi münasibətlər zəminində mübahisə zamanı Malik Şiriyevi öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

Kənan Bəyoğlanlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq araşdırması zamanı qətlin daha bir iştirakçısı, Kənan Bəyoğlanlının qohumu Abdin Bəyoğlanov da müəyyən olunub və o da istintaqa cəlb olunub.

Məlum olub ki, Malik Şiriyev hadisədən bir neçə ay əvvəl nişanlanıb. Sonra isə onun nişanlandığı qızla nikahları rəsmişləşidirilib.

Amma hadisədən bir ay öncə Malik Şiriyev nikahın ləğv olunması üçün Masallı rayon İcra Hakimiyyətinin Ərkivan ərazi nümayəndəliyinə müraciət edib və heç bir ciddi səbəb göstərməyib.

Bundan bir ay sonra isə Malik Şiriyev qətlə yetirilib. Qətlin bu nikahın ləğv olunması olayı ilə əlaqəli olduğu ehtimal edilir.

Malik Şiriyev OBA marketində administrator işləyib.

İstintaq orqanı tərəfindən Kənan Bəyoğlanlı və Abdin Bəyoğlanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.скачать dle 11.3
Mojo.az Banner