Mojo.az Banner
12:21 Bu ərazilərdə sentyabr pensiyaları ödənildi  |     12:18 ABŞ prezidentindən İranla bağlı etiraf  |     12:08 UEFA əmsallar cədvəli: "Sabah"ın məğlubiyyəti reytinqə necə təsir etdi?  |     12:06 Sumqayıtda tikintidə faciə: Hündürlükdən yıxılan fəhlə öldü  |     11:58 Sürücülərin nəzərinə: Bir yolda hərəkət məhdudlaşdırıla bilər  |     11:46 Külli miqdarda borcu olan şirkəti məhkəmə 70 min dollar cərimələdi  |     11:34 Ağdaşda 60 yaşlı kişini elektrik cərəyanı vurub öldürdü  |     11:32 "Koroğlu"da hərəkətin təşkilində dəyişiklik edildi - Yeni qayda  |     11:18 Azərbaycanda qastronomiya üzrə ali təhsil problemi: “Bu sahədə institut yoxdur” — Ağa Salamov  |     11:14 Ağdərədə mina partlayıb  |     23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |    
Left Banner
Right Banner

İlham Əliyev: “Əsas məqsədimiz iqtisadiyyatımızın şaxələndirilməsini davam etdirməkdir”

11.03.2021 21:30 1 422
İlham Əliyev: “Əsas məqsədimiz iqtisadiyyatımızın şaxələndirilməsini davam etdirməkdir”
Sizinlə gələcək planlarımız barədə söhbət etmək imkanına görə şadam. Əlbəttə, bilirsiniz ki, pandemiya səbəbindən biz videokonfrans vasitəsilə görüşmək imkanından istifadə etməli oluruq. İlk növbədə, mən Bankın Azərbaycana göstərdiyi bu diqqətə görə minnətdarlığımı ifadə etmək istərdim. Düşünürəm ki, demək olar son 30 ildə biz çox güclü tərəfdaşlıq əlaqələri qurmuşuq.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Bassonu və bankın rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edərkən deyib.

“Bank ölkənin transformasiyasında, iqtisadiyyatımızın şaxələndirilməsində bizi dəstəkləyib. Bizim 3 milyard avrodan çox məbləğdə layihələrimizin maliyyələşdirilməsi faktı bunu açıq-aşkar nümayiş etdirir. Hazırda bu portfelin yarısının özəl sektora yönəlmiş vəsait olması da mühüm əhəmiyyət kəsb edir. Bu da əməkdaşlığımızın yaxşı göstəricisidir.

Bizim dövlət şirkətləri tərəfindən həyata keçirilən infrastruktur layihələrinə gəlincə, onların demək olar ki, hamısı tamamlanıb. Mənə məlumat verilib ki, bizdə 13 layihə var, onların 12-si uğurla tamamlanıb və sonuncusu tamamlanma prosesindədir. Mən, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının bizim enerji layihələrinə, xüsusilə Cənub Qaz Dəhlizinə, onun Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən 1 milyard avro məbləğində maliyyələşdirilmiş sonuncu hissəsi olan TAP-a verdiyi dəstəyə görə minnətdaram.

Bildiyiniz kimi, ötən ilin son günündə biz TAP və Cənub Qaz Dəhlizinin açılışını qeyd etdik. Bu, həqiqətən də Avrasiyanın enerji xəritəsini dəyişən tarixi nailiyyət idi. Bildiyiniz kimi, hazırda bizim əsas məqsədimiz iqtisadiyyatımızın şaxələndirilməsini davam etdirməkdir. Düşünürəm ki, xüsusilə bu il və ötən il, pandemiyaya baxmayaraq, nəticələr çox ümidvericidir. Ümumi daxili məhsulda müəyyən azalmaya baxmayaraq, bizdə qeyri-enerji sənayesi istehsalında artım var. Bu iki ayda bizdə artım 12 faizdən çox olub.

Beləliklə, bu, bizim sənayemizin şaxələndirilməsinin yaxşı göstəricisidir. Biz neft satışlarından topladığımız vəsaiti özəl sektoru, sənaye potensialımızı dəstəkləməyə yönəltməyə nail olduq və qeyri-enerji sənayesində 12 faiz artım həqiqətən də əlamətdar hadisədir”, - dövlət başçısı bildirib.скачать dle 11.3
Mojo.az Banner