Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev Odil Reno-Basso ilə görüşdü

13.11.2024 12:40 1 083
İlham Əliyev Odil Reno-Basso ilə görüşdü
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Odil Reno-Basso ilə görüşüb.

Median.Az
xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyev və Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Bassonun iştirakı ilə "Gəncə şəhərində su təchizatı və kanalizasiya sistemlərinin, yağış sularının idarəetmə sisteminin yenidən qurulması və tullantı sularının təmizlənməsi qurğusunun tikintisi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Anlaşma Memorandumu”nun imzalanması mərasimi olub.

Görüşdə dövlət başçısı imzalanan Memorandumun əhəmiyyətinə toxunub, bununla da əməkdaşlığımızın gündəliyində çox mühüm bir səhifənin açıldığını deyib və bu sənədin imzalanmasını əməkdaşlığımızda növbəti önəmli mərhələ kimi dəyərləndirib.

Prezident İlham Əliyev Odil Reno-Bassonun COP29-da iştirakına görə təşəkkürünü bildirib. Tədbirin əhəmiyyətini vurğulayan dövlət başçısı burada artıq çox səmərəli nəticələrin əldə olunduğunu qeyd edib.

Qonaqpərvərliyə və yüksək təşkilatçılığa görə minnətdarlığını bildirən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti COP29-un çox əhəmiyyətli bir tədbir olduğunu deyib. Qonaq imzalanan sənədi əməkdaşlığımızda önəmli hadisə kimi qiymətləndirib.

Söhbət zamanı Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında perspektiv layihələr və əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.скачать dle 11.3

Son xəbərlər