Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

İlham Əliyev: “Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik”

05.03.2021 16:44 1 275
İlham Əliyev: “Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik”
Biz bütün işləri ardıcıllıqla edirik və əgər son 17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq. Beləliklə həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında söyləyib.

Yeni Azərbaycan Partiyasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən dövlətimizin başçısı deyib:

“Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Burada, əlbəttə ki, onun 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı. Çünki mən bunu dəfələrlə demişəm və partiya üzvləri bunu yaxşı bilir, gənc nəsil də bilməlidir ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Heydər Əliyevin fəaliyyətinin nəticəsində 1982-ci ildə isə qabaqcıl yerlərdə idi. Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi. O vaxt onun gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı və insanlar o dövrü xatırlayırlar. Bir də ki, Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır”.скачать dle 11.3
Mojo.az Banner