Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

AZAL: Ləğv edilmiş reyslərin biletləri yenidən təxsis ediləcək

02.03.2021 19:16 801
AZAL: Ləğv edilmiş reyslərin biletləri yenidən təxsis ediləcək
"Azərbaycan Hava Yolları" QSC (AZAL) koronavirus (COVID-19) pandemiyasına görə ləğv edilən reyslərin biletlərinin yenidən təxsis edilməsi şərtlərini açıqlayıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq AZAL-dan bildirilib.

Məlumatda deyilir ki, aviaşirkət və onun aşağıbüdcəli törəməsi - "Buta Airways”in ləğv edilmiş reyslərinə bilet almış sərnişinlərə həmin biletləri aviadaşıyıcıların hazırda yerinə yetirilən xüsusi reyslərinə yenidən təxsis etməyə icazə verilir.

Belə ki, AZAL sərnişinlərinə, uçuş tarixini dəyişməklə, lakin əvvəlki hərəkət marşrutunu saxlamaqla, bileti ödənişsiz yenidən rəsmiləşdirməyi təklif edir. Tariflər arasındakı fərqi ödəyərək sərnişinlər aviaşirkətin bütün hazırkı istiqamətləri üzrə uçuş marşrutunu dəyişə bilərlər.

"Buta Airways”in ləğv edilmiş reyslərinin biletlərini alan sərnişinlər isə tariflər arasındakı fərqi ödəyərək, həmçinin həmin biletləri AZAL-ın xüsusi reyslərinə yenidən rəsmiləşdirə, eləcə də əlavə ödəniş etmədən, aşağıbüdcəli aviaşirkətin hazırkı xüsusi reyslərinə (istənilən istiqamət) yenidən təxsis edə bilərlər.

AZAL və "Buta Airways” sərnişinləri biletlərin dəyişdirilməsi üçün müvafiq olaraq callcenter@azal.az və callcenter@butaairways.az ünvanları vasitəsilə, həmçinin müvafiq olaraq https://help.azal.az/hc/az/requests/new və https://help.butaairways.az/hc/az/requests/new linkləri ilə geri əlaqə forması vasitəsilə aviaşirkətlərin çağrı mərkəzlərinə və ya aviabiletlərin alındığı yer üzrə müraciət edə bilərlər.

Hər iki aviaşirkətin sərnişinləri yalnız bir dəfə aviabileti ödənişsiz yenidən təxsis edə bilər.

Aviabiletin dəyərinin qaytarılmasına alternativ olaraq vauçer formasında sənəd təklif olunur. Həmin vauçeri ilkin aviabiletin əldə edildiyi tarixdən iki il ərzində istifadə etmək mümkündür.

Vauçer AZAL və "Buta Airways” şirkətlərinin bütün istiqamətləri üzrə biletlərin alınması üçün etibarlıdır.скачать dle 11.3
Mojo.az Banner