Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda əsgərlik 2 il olacaq? - Polkovnikdən açıqlama

23.02.2021 21:26 2 298
Azərbaycanda əsgərlik 2 il olacaq? - Polkovnikdən açıqlama
2020-ci ilin oktyabr ayında hərbi xidmətdən təxris edilməli olan əsgərlər hələ evə buraxılmayıblar. Buna səbəb kimi sentyabr ayının 27-də Vətən Müharibəsinin başlanması göstərilir. Maraqlı məqam odur ki, yanvar ayında da təxris prosesi həyata keçirilmədi. Bu isə özlüyündə müxtəlif ehtimalların ortaya çıxmasına şərait yaradır. Cəmiyyətdə dolaşan şayiələrə görə, hərbi xidmət müddəti ali təhsilli şəxslər üçün 1,6 il, orta təhsillilər üçün isə 2 il olacaq.

Məsələ ilə bağlı yenisabah.az-a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, Azərbaycanda çağırış da, təxris da ölkə başçısının fərmanına əsasən, həyata keçirilir:

"Əvvəlcədən belə bir məlumat da vardı ki, aprelin 15-dək əsgərlərin təxrisi uzadılacaq. Bu onunla bağlıdır ki, yanvar ayında xidmətə çağırılan əsgərlər 3 ay ixtisas kursu keməlidir. Bundan sonra onlar hərbi hissələrə gedəcəklər və hərbi hissələrdə artıq xidmət vaxtı başa çatan şəxsi heyət təxris olunacaq. Hərbi hissələrdə də bu haqda məlumat mövcud idi. Yəni uzadılan və ya qısaldılan heç nə yoxdur. Azərbaycan Respublikasının qanunu var və onun çərçivəsində də bütün məsələlər həll olunacaq. Bu isə sadəcə bir çağırışın uzadılmasıdır. Məlumdur ki, gənc əsgərlər birdən-birə döyüşə bilməz. Onlar hələ bərkiməyiblər. Heç olmasa, gənc əsgər kursu keçməlidirlər. Sonra ixtisas üzrə gedib xidmət keçəcəklər. Narahatlığa səbəb yoxdur. Bu heyətin vaxtı ona görə uzadıldı ki, səfərbərliklə gələn heyəti buraxaq. Çünki onların ailələri var. Aprelin 15-də hamısı təxris olunacaq. Qanunda dəyişiklik yoxdur”.

Son xəbərlər