Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:37 Lənkəranda bir ailə plov və turşudan zəhərləndi - AQTA-dan xəbərdarlıq | 20:30 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ | 20:24 Amerikalı aktyor vəfat etdi | 20:15 Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlandı | 20:10 8 çamadan dolu pul yerə səpələndi - Astanada (VİDEO) | 20:03 Atasının ölümünə səbəb olan sürücü ilə zərərçəkmişlər barışdı - Məhkəmədən qərar | 19:58 NVIDIA şirkətində qalmaqal - Baş direktor gizli eşqə görə işindən oldu | 19:50 Bu məhsullar daxili bazara gömrük rüsumu olmadan çıxarılacaq | 19:45 Avtomobil icarəsi ilə məşğul olan şəxslərə XƏBƏRDARLIQ - VİDEO | 19:30 Bu yollarda sıxlıq var -SİYAHI | 19:20 Azərbaycanda bəzi avtomobillər ucuzlaşacaq - Açıqlama | 19:19 Məclis.info saytının rəhbərinə ağır cəza verildi | 18:36 Məhkəmə generalın qızı ilə bağlı qərar verdi | 17:51 Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı | 17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü |
Mojo.az Avto
Mojo.az Avto

Yanacaq keyfiyyətinin aşağı olması ilə bağlı məsələyə aydınlıq gətirildi - AÇIQLAMA

17.02.2021 17:43 1 245
Yanacaq keyfiyyətinin aşağı olması ilə bağlı məsələyə aydınlıq gətirildi - AÇIQLAMA
“Yanacağın keyfiyyəti ilə bağlı aparılmış monitorinqlərin nəticəsi kimi istehlakçıların şikayətlərində həqiqət var. Yanacağın keyfiyyət göstəriciləri ilə bağlı problemlər var”.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunan media konfransda deyib.

Onun sözlərinə görə, 36 yanacaqdoldurma stansiyası üzrə monitorinqlər aparılıb və böyük əksəriyyətində kənarlaşmalar müşahidə olunub:

“Biz bu materialları təhlil edirik. Tərəfimizdən lazım olan nəzarət tənzimləyici metodların tətbiqinin müzakirəsini aparırıq. Bununla əlaqədar Tədbirlər Planı hazırlanıb. Qısa müddət ərzində Tədbirlər Planı ictimaiyyətə açıqlanacaq”.

Məsələ ilə bağlı SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Oxu.Az-a açıqlama verib.

O bildirib ki, burada söhbət YDM-lərdən götürülən yanacaqdan gedir və məsələ birbaşa SOCAR-la əlaqəli deyil:

“Burada söhbət respublika üzrə fəaliyyət göstərən ayrı-ayrı YDM-lərdən gedir. Onların hər biri yanacağın keyfiyyətinə görə özləri də məsuliyyət daşıyır. Bu cəhətdən müxtəlif YDM-lər arasında yanacağın keyfiyyəti baxımından fərqlər ola bilər. Bu, birbaşa yanacağın istehsalçısına bağlı olan məsələ deyil”.

İbrahim Əhmədov vurğulayıb ki, yanacağın keyfiyyətinə nəzarət olmalıdır və SOCAR bu istiqamətdə nəzarət funksiyasının olmasının tərəfdarıdır:

“Müxtəlif YDM-lərdə yoxlamaların aparılması istehsalçının da maraq dairəsindədir. Çünki bunun bizim brendimizin imicinə də təsiri var. Bir daha qeyd edim ki, müxtəlif məntəqələrdə yanacağın keyfiyyətinin fərqli olması istisna deyil. Hərçənd ki, yanacaq mənbəyi eynidir. Ona görə də biz bu məsələyə müsbət yanaşır və dövlət tərəfindən olan bu təşəbbüsü alqışlayırıq”.

O qeyd edib ki, növbəti illərdə SOCAR “Avro-5” standartlarına uyğun olan yanacağın istehsalına başlayır və bu zaman qəbul olunan ümumi standartlar da dəyişə bilər:

“Lakin hazırkı dövr üçün saxlanılan məhsul mövcud standartlara uyğun olmalıdır. Əgər biz bu standartlara uyğun olan məhsulu yanacaqdoldurma məntəqələrinə satırıqsa, onlar da məhsulun eyni standartlara uyğun şəkildə müştərilərə pərakəndə satışını təmin etməlidirlər. Bu baxımdan yoxlamaların aparılmasının və bunun müqabilində Azərbaycan brendi imicinin möhkəmlənməsinin tərəfdarıyıq”.

Son xəbərlər