Mojo.az Banner
12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |    
Mojo.az Avto
Mojo.az Avto

Senatda Trampın impiçmenti prosesi başlayıb

10.02.2021 22:40 981
Senatda Trampın impiçmenti prosesi başlayıb
Amerika Senatında ABŞ-ın keçmiş prezidenti Donald Trampın impiçmenti üzrə proses başlayıb.

“Report”un məlumatın görə, impiçment bir maddə üzrə elan edilib - qiyama təhriketmə.

Senatorlar eks-prezidentin mitinqdəki çıxışlarının qiyama təhrik sayıla biləcəyini müzakirə edəcəklər. Tərəflərin hər birinə arqumentlərini təqdim etmək üçün 16 saata qədər vaxt veriləcək. Bundan sonra münsiflər heyəti vəzifəsini icra edən senatorlar impiçment məsələsində səs verəcəklər.

Trampın impiçment mühakiməsi ABŞ prezidentinin artıq vəzifəsində olmadığı halda keçirilən ilk prosesdir və əgər eks-prezident təqsirli bilinərsə onun bir daha prezidentlik postuna qayıtmasına qadağa qoyula bilər.

Xatırladaq ki, yanvarın 6-da ABŞ prezidenti Donald Tramp Ağ Evin yaxınlığında mitinqdə tərəfdarlarını seçkilərin nəticələrinə etiraz edərək “zəif respublikaçılara kömək etmək üçün" Kapitoliyə getməyə çağırıb.

Trampın tərəfdarları Kapitolini mühasirəyə alıb, onlar bundan sonra zorla binaya girib və prezident seçkilərində Co Baydenin qələbəsini təsdiqləyən Konqresin birgə sessiyasını yarımçıq kəsiblər. Hadisələr zamanı baş verən qarışıqlıqlar zamanı beş nəfər həlak olub.скачать dle 11.3
Mojo.az Banner