Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

15 gün əvvəl iflic vəziyyətdə idim, indi isə yeriməyə başlamışam - Qazi

05.02.2021 23:57 1 989
15 gün əvvəl iflic vəziyyətdə idim, indi isə yeriməyə başlamışam - Qazi
Yeriməyimdə problemlər var idi, ancaq Əlillərin Reabilitasiya Mərkəzinə gəldikdən sonra hərəkət etməyə başlamışam.

Bunu Trend-ə açıqlamasında Vətən müharibəsində xəsarət alan və hazırda Əlillərin Reabilitasiya Mərkəzində müalicə olunan yaralı hərbçimiz İsmayılov Nicat deyib. Hərbçimizin sözlərinə görə, o döyüşlərdə ağır yaralanaraq iflic vəziyyətə düşmüşdü:

"Döyüşlər başlayanda 13 ayın əsgəri idim. Torpaqlarımızı işğaldan azad etmək üçün hər kəs kimi mən də böyük fəxr hissi ilə vuruşdum və Talış kəndinin alınmasında iştirak etdim. Daha sonra Suqovuşana yollandım və orada yaralandım, iki qəlpə və bir güllə yarası aldım. Artıq 15 gündür YAŞAT Fondu tərəfindən mərkəzdə müalicə alıram və yeriməyə başlamışam, ancaq buna kimi iflic vəziyyətdə idim. Fürsətdən istifadə edib bütün həkim heyətinə öz minnətdarlığımı bildirmək istərdim”.

Son xəbərlər