Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

“YAŞAT” Fondunun dəstəyi ilə müalicə alan qazimiz: "Artıq sol qolumu işlədə bilirəm"

21.06.2021 14:14 2 676
“YAŞAT” Fondunun dəstəyi ilə müalicə alan qazimiz:
Vətən müharibəsinin igid döyüşçülərindən biri də 1999-cu il təvəllüdlü qazi Rəsulov Elşad Əlimurad oğludur. Qəhrəmanımız müharibənin ilk günlərindən ön cəbhədə silah yoldaşları ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşüb.

Ağır yaralanan hərbçilərimizdən olan E.Rəsulov Qusar rayonunda anadan olub. Ailənin tək övladı olan E.Rəsulov ötən il sentyabrın 27-dən etibarən ön cəbhədə olub:

“Sentyabrın 27-dən etibarən torpaqlarımızın işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. İlk olaraq təyinat üzrə Füzuli rayonun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Silah yoldaşlarımla birlikdə bizə verilən döyüş tapşırıqlarını uğurla yerinə yetirmişik”.

E.Rəsulov hər iki qolundan ağır güllə yarası aldığından döyüş meydanından çıxarılıb:

“Düşmən tərəfindən atılan atəş nəticəsində güllə sol qolumdan girib sağ qolumu da zədələyərək çıxıb. Oktyabrın 26-da yaralandım və təcili olaraq hospitala yerləşdirildim. Hər iki qolum ağır vəziyyətdə idi. Bakıdakı həkimlər əllərindən gələni edirdilər”.

Qeyd edim ki, E.Rəsulov “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən qazimizdən biri olub.

Özünün də sözlərinə görə, “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə sağalaraq Vətənə geri dönüb:

“Bakıda təyin edilən üç aylıq müalicələrdən sonra mən də digər qazilərlə birlikdə Türkiyəyə 3 aylıq müalicəyə göndərildim. Müalicələr nəticəsində mənim sol qolumu nisbətən işlək vəziyyətə gətirildi. Lakin sağ qolumda sinirlər zədələndiyi üçün onun fəaliyyətini bərpa etmək mümkün olmayacaq. Ali Baş Komandanın tapşırığı ilə bizə göstərilən diqqət və qayğıya görə təşəkkür edirik. Müharibə boyu yanımızda olan xalqımız bu gün də öz hərbçisini, qazisini unutmur. Vətən sağ olsun”.скачать dle 11.3
Mojo.az Banner