Mojo.az — elanlar
Son Xəbərlər
11:27 Qaz sobaları və kombilər elektriklə əvəzlənəcək – AÇIQLAMA  |     11:11 Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi  |     23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezident İlham Əliyev xalq artisti Eldar Quliyevi 80 illik yubleyi münasibətilə təbrik edib

23.01.2021 21:19 1 305
Prezident İlham Əliyev xalq artisti Eldar Quliyevi 80 illik yubleyi münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xalq artisti Eldar Quliyevi 80 illik yubleyi münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Eldar müəllim!

Sizi – Azərbaycanın görkəmli kino xadimini 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür və möhkəm cansağlığı diləyirəm.

Sizin zəngin yaradıcılığınız milli kino sənətinin parlaq səhifələrindəndir. Dünya kinematoqrafiyasının mühüm nailiyyətlərindən məharətlə bəhrələnərək yaratdığınız çoxsaylı filmlər Azərbaycan kino salnaməsində xüsusi yer tutur.

Siz Azərbaycan mədəniyyəti və tarixinin yetirdiyi görkəmli şəxsiyyətlərə unudulmaz ekran həyatı bəxş etmisiniz. Ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini müvəffəqiyyətlə təmsil etməyiniz təqdirəlayiqdir. Milli kinematoqrafiyanın inkişafı sahəsində uzunmüddətli səmərəli xidmətlərinizə görə Siz yüksək dövlət mükafatları ilə təltif edilmisiniz. Novator ruhlu böyük yaradıcı şəxsiyyət kimi Sizin daim axtarışlarla dolu sənət yolunuz gənc kinematoqrafçılar nəsli üçün bundan sonra da bir məktəb olacaqdır”.

Son xəbərlər