Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:36 Məhkəmə generalın qızı ilə bağlı qərar verdi | 17:51 Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı | 17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama | 16:42 Bakıda ərini çapacaqla yaralayan qadının məhkəməsi başlayıb | 16:41 Bakıda və rayonlarda güclü külək gözlənilir - Xəbərdarlıq | 14:45 Bakıda maşının nömrəsini oğurlayıb 2 min tələb etdilər... | 14:43 Günəşdə gözlənilməz güclü partlayış olub | 14:41 Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi | 14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? |
Mojo.az Avto
Mojo.az Avto

ABŞ-da əcnəbi vətəndaşların ölkəyə giriş qaydaları dəyişir

19.01.2021 20:34 1 155
ABŞ-da əcnəbi vətəndaşların ölkəyə giriş qaydaları dəyişir
ABŞ hökuməti yanvar ayının sonundan etibarən əcnəbi vətəndaşların ölkəyə giriş qaydalarını dəyişdirəcək.

Yanvarın 26-dan etibarən ABŞ-a gedən bütün beynəlxalq aviareyslərin sərnişinləri təyyarəyə minərkən uçuşdan ən çoxu üç gün əvvəl verilmiş koronavirus testinin (PZR testi) mənfi nəticələndiyini özündə əks etdirən və mütləq ingilis dilində olmanı ərizəni təqdim etməlidirlər.

Bundan əlavə, sərnişinin COVID-19-a yoluxduğunu və səfərdən 90 gün əvvəl sağaldığını təsdiqləyən sənəd də qəbul olunur. Turistdə bu sənədlərdən heç biri yoxdursa, aviaşirkət onu daşımaqdan imtina etməlidir.

Yeni tələb ABŞ vətəndaşlarına da aiddir.

Əcnəbilərin ölkəyə giriş şərtləri ştatlardan asılı olaraq dəyişir.

Məsələn, Nyu York və Los Ancelesə gedənlər bir müddət karantində qalmalıdır. Mayamiyə gedənlər isə karantinə düşmür, ona görə də bu istiqamət turistlər üçün daha populyardır.

///Report

Son xəbərlər