Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

AZAL sərnişinləri sərnişindaşıma qaydaları ilə diqqətlə tanış olmağa çağırır

02.08.2021 15:11 1 251
AZAL sərnişinləri sərnişindaşıma qaydaları ilə diqqətlə tanış olmağa çağırır
AZAL sərnişinləri hava nəqliyyatı ilə sərnişin daşımalarının müvəqqəti qaydaları barədə məlumatla və qaydalara edilən dəyişikliklərlə diqqətlə tanış olmağa çağırır.

Daşıma qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus pandemiyası (COVID-19) dövründə Azərbaycanda hava nəqliyyatı ilə uçuşların və sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalar” haqqında sənədində təqdim olunur.

Məhdudlaşdırıcı tədbirlər şəraitində uçuşu əminliklə planlaşdırmaq üçün bütün sərnişinlərə səfərdən əvvəl təyinat ölkəsinə daxil olma qaydaları və tələblərini ətraflı öyrənmək tövsiyə olunur.

Koronavirus infeksiyasının yayılması səbəbindən yaranan vəziyyətlə əlaqədar bir çox ölkələrdə səyahətçilər üçün karantin məhdudiyyətlərinin tətbiqi davam edir. Azərbaycana gələn sərnişinlər ölkəyə giriş qaydaları ilə aviaşirkətin rəsmi saytında tanış ola bilərlər:

https://www.azal.az/az/information/covid-azerbaijan

Xaricdən ölkəyə qayıtdıqda, uçuşdan əvvəl 72 saat ərzində keçirilmiş PCR testinin nəticələri, sərnişində COVID-19 pasportunun (COVID-19-dan tam peyvənd olunduğunu və ya COVID-19-dan sağaldıqdan sonra immunitetin mövcudluğunu təsdiq edən sənəd) olub-olmamasından asılı olmayaraq, tələb olunur. 1 yaşa qədər uşaqlara COVID-19 üçün PCR testinin mənfi nəticəsini təsdiq edən sənəd tələb olunmur. AZAL həmçinin bütün sərnişinlərə pandemiya ilə əlaqədar tətbiq olunan bütün rəsmiləşdirmə prosedurlarından əvvəlcədən keçmələri üçün uçuşdan üç saat əvvəl hava limanına gəlmələrini tövsiyə edir.скачать dle 11.3
Mojo.az Banner