Mojo.az Banner
18:45 Yaponiyada yenidən zəlzələ baş verdi  |     18:33 Baş nazir Xalq artisti ilə bağlı qərar imzaladı  |     18:22 Magistraturaya qəbulun nəticələri AÇIQLANDI  |     17:43 "Ferrari"nin ilk avtomobili necə yaranıb? - "125 S"in bilinməyən hekayəsi  |     17:28 Azərbaycanda yarım ildə neçə heyvan dişləməsi qeydə alınıb?  |     17:20 Sabunçuda qadın bıçaqlandı: Əri SAXLANILDI - Hadisənin TƏFƏRRÜATI  |     17:15 Ağdamdakı yanğın genişləndi: Minalanmış ərazilərdə partlayışlar baş verir  |     17:03 İranın Qərbi Azərbaycan vilayətinə raket zərbələri endirildi  |     16:41 Martin Ryanın apellyasiya şikayəti rədd edildi  |     16:37 Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürdü  |     16:24 Tanınmış cərraha məhkəmədə HÖKM OXUNDU  |     15:59 Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı  |     15:57 Taksidə tapdığı telefonla 5 min manatdan çox pul ələ keçirdi  |     15:54 Evlərdən 29 min manatlıq oğurluq edilib - VİDEO  |     15:46 Azərbaycan Ukraynaya enerji avadanlıqları göndərdi  |     15:42 Vətəndaşlar banklara milyonlarla manat pul qoyublar - RƏQƏMLƏR  |     15:34 Marketin liftinin fəaliyyəti dayandırıldı - Video  |     15:29 Oğuzda iki maşın toqquşdu - Ölən var  |     15:23 Bakının mərkəzində aylardır qazılan yol təmir edilmir - Video  |     15:15 Beynəlxalq dil sertifikatlarından 11-i saxta çıxdı  |    
Left Banner
Right Banner

General Polad Həşimovun komandiri olduğu şəhid baş leytenant

05.01.2021 23:36 2 670
General Polad Həşimovun komandiri olduğu şəhid baş leytenant
Cəlilabad rayonunda doğulub boya-başa çatan baş leytenant Kərimov Asif Məmməd oğlu hərb tariximizə Azərbaycan Ordusunun Vətən müharibəsində qəhrəmanlığı ilə seçilən zabitlərindən biri kimi düşüb.

“Report”un Muğan bürosu xəbər verir ki, Asif Kərimov 1989-cu ildə Cəlilabad rayonunun Ləzran kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Neft Akademiyasında təhsil alıb.

Qardaşı Fəttah Kərimov deyir ki, Asifdə həmişə birinciliyə can atmaq istəyi var idi. Komandiri, şəhid general-mayor Polad Həşimov şəhid olduqdan sonra Asif daim əsəb, narahatlıq hissləri keçirirdi. Deyirdi ki, Ali Baş Komandanımız nə vaxt əmr versə, cəbhəyə gedərək döyüşlərə qoşulacam.

O, belə də edir. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda çoxları kimi Asif Kərimov da könüllü olaraq döyüşlərə qoşulur.

Cəsur baş leytenant nəinki Vətən Müharibəsinin gərgin döyüşlərində daim öndə olur, həm də fədakarlığı ilə qısa zamanda nümunəvi zabitlərdən birinə çevrilir.

Bir sıra ağır döyüşlərdən üzüağ çıxan zabitimiz ötən ilin noyabrında Şuşa ətrafında gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.

Asif Kərimov doğulduğu Ləzran kəndində torpağa tapşırılıb.

Cəsur zabitimiz göstərdiyi igidliklərə görə, “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Asif Kərimov ailəli idi, 1 qız və 1 oğlu yadigar qalıb.

Allah rəhmət eləsin!

скачать dle 11.3
Mojo.az Banner