Mojo.az Banner
17:16 MİDA 13 obyektini hərraca çıxarır  |     16:55 Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ  |     16:12 “Sadəcə estetik əməliyyatdır” deyib keçməyin — Həkimdən XƏBƏRDARLIQ  |     16:11 “Xscyth3” adlı kiberdələduz tərəfindən ".az" domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb  |     16:09 Bakının mərkəzində skuterdən yıxılan 42 yaşlı kişi ölüb.  |     16:07 Gecəyarı valideynini küçəyə atan oğul HƏBS EDİLDİ  |     16:04 Bakıda avtomobil piyadanı vurdu - Sürücü vəfat etdi  |     16:02 Mal əti bahalaşdı: Bundan sonra hər ay qiymətlər...  |     16:00 Özünüməşğulluq proqramı işsizliyi azaldırmı? – İqtisadçıdan SƏRT AÇIQLAMA  |     15:53 Çin yükləri uğrunda Xəzərdə rəqabət güclənir: Türkmənistan və Özbəkistanın rolu artır  |     15:47 Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı  |     15:36 “Sabah verəcəyik” deyib maaşınızı aylarla gecikdirirlər? – 25 min manatadək CƏRİMƏ  |     15:27 Qayınatasının evində yaşayan kişi arvadını çəliklə döydü  |     13:41 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ - FOTO  |     13:36 Azərbaycanda yeni iş yerləri yaradılacaq  |     13:32 Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib  |     13:19 37 yaşlı musiqiçi evində ölü tapıldı  |     13:11 Bakıda səfərdə olan Ermənistanın kəşfiyyat rəhbəri İrəvana niyə gec qayıdıb?  |     13:02 Paşinyan: "İlk növbədə Azərbaycanla dəmir yolu əlaqəmiz yaranacaq"  |     13:01 Azərbaycan nefti bahalaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Heydər Əliyev Fondu və “Bravo” Xocavənddə olub - FOTO/VİDEO

25.12.2020 22:41 4 428
Heydər Əliyev Fondu və “Bravo” Xocavənddə olub - FOTO/VİDEO
Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərimizdə xidmət edən hərbi qulluqçularımız üçün həyata keçirdikləri dəstək aksiyasını davam etdirirlər. Aksiya Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşır.

AZƏRTAC xəbər verir ki, işğaldan azad olunan ərazilərdə Vətənin keşiyini çəkən hərbi qulluqçularımıza dəstək aksiyasının növbəti ünvanı Xocavənd olub.

Dekabrın 25-də səfər etdiyimiz bu ərazilərdə uzun illərdən sonra Azərbaycan əsgəri xidmət aparır. Qalib ordunun qəhrəman əsgərləri indi fəxrlə Vətənin keşiyində dayanıblar. Hərbçilərlə söhbət zamanı bir daha şahid olduq ki, Azərbaycan əsgəri şanlı tarix yazaraq işğaldan azad etdiyi Vətən torpaqlarında xidmətini qələbə əhval-ruhiyyəsi ilə yerinə yetirir. Qoşunlarımızın təminatının yüksək səviyyədə olması ilk baxışdan hiss edilirdi. Əsgərlər də bunu təsdiqlədilər.

Həmsöhbət olduğumuz əsgər Hənifəyev 15 aydır Vətənin keşiyindədir. Deyir ki, bu torpaqlarda xidmət etməkdən qürur duyur: “Qalib ordunun qalib əsgəri kimi xidmət edirəm. 44 günlük döyüş yolu mənə sözlə ifadə edə bilməyəcəm bir duyğu bəxş edib”.

Əsgər Sadıqzadə də 15 aydır həqiqi hərbi xidmətdədir və daim torpaqlarımızı yağı düşməndən azad etmək eşqi ilə yaşayıb. Onun bu arzusu reallığa çevrilib. İndi o da digər qalib döyüşçülərimiz kimi fəxrlə xidmətini davam etdirir.

Digər əsgər Ağazadə isə Vətən müharibəsinə könüllü gəlib. Deyir ki, bu döyüşlərdə iştirak etdiyi üçün özünü xoşbəxt sanır. “Çünki 30 illik həsrətə son qoyan şanlı ordunun sıralarındayam. Döyüş zamanı da hər birimizin əhval-ruhiyəsi yüksək olub, bu gün də eyni qaydada xidmətimizi davam etdiririk”, - deyə Ağazadə söyləyir.

Müddətdən artıq xidmətçi Quliyev də xidmətini şərəflə davam etdirir: “Mən bir ildir xidmətdəyəm. Mülki həyatda da bu arzu ilə yaşayırdım ki, torpaqlarımızı tezliklə düşmənlərdən azad edək. Bu günü yaşadım, 44 gün döyüşlərdə iştirak etdim. Şanlı ordunun sırasında olmaq mənim üçün ən böyük şərəfdir”.

Leytenant Şahverdiyev isə söyləyir ki, əsgərdən zabitədək hər kəs yüksək əhval-ruhiyədədir. “Çünki bu döyüş Vətən müharibəsi idi. Vətən uğrunda da təkcə hərbçilər yox, xalqımız döyüşdü. Ordu-xalq birliyi sayəsində düşmənə qısa müddətdə sarsıdıcı zərbələr vurulurdu. Bu gün də şəxsi heyət yüksək əhval-ruhiyə ilə xidmətini davam etdirir”.

Görüş zamanı “Bravo” supermarketlər şəbəkəsinin nümayəndələri gətirdikləri bağlamaları hərbi qulluqçularımıza çatdırdı, həmçinin əsgərlərimizlə söhbət edərək onların istəklərini qeydə aldılar.

Beləliklə, hərbi qulluqçularımız üçün həyata keçirilən dəstək aksiyası daha bir ünvanda da reallaşdı.

скачать dle 11.3
Mojo.az Banner