Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Müzəffər ordumuza vəfa borcu: İşğaldan azad edilmiş Qubadlıya əsgər payı çatdırıldı - VİDEO

22.12.2020 20:28 1 659
Müzəffər ordumuza vəfa borcu: İşğaldan azad edilmiş Qubadlıya əsgər payı çatdırıldı - VİDEO
44 günlük Vətən Müharibəsində Azərbaycana tarixi qələbəni qazandıran, şübhəsiz, müzəffər ordumuz oldu.

Məhz şücaətli Azərbaycan igidlərinin sayəsində xalqımız illərlə düşmən tapdağında qalan yurd yerlərimizin yadelli tapdağından azad olunmasına şahidlik etdi.

Heş şübhəsiz, bu qələbə dövlətimizin uzun illər gördüyü hazırlığın nəticəsi idi. Daim maddi-texniki baxımdan gücləndirilən Silahlı Qüvvələrimizə dövlətimiz hər zaman xüsusi qayğı ilə yanaşıb.

Elə bu məqsədlə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və "Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün yeni dəstək aksiyasının həyata keçirilməsinə başlayıb.

Aksiya çərçivəsində bu gün işğaldan azad olunmuş Qubadlı rayonunda hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılıb.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə "Bravo” supermarketlər şəbəkəsinin nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər edərək bağlamaları hərbi qulluqçularımıza çatdırıblar, həmçinin, əsgərlərimizlə söhbət edərək onların istəklərini qeydə alıblar.

Daha ətraflı Baku TV-nin videosüjetində:

Son xəbərlər