22:58 Sumqayıtda ŞOK: "metallom"da mühafizəçinin meyiti tapıldı  |     22:51 Vəkil Zabil Qəhrəmanovun apellyasiya şikayəti təmin edilməyib  |     22:40 “Broker Əbülfəz” yenidən səhnədə – Gömrüyün köhnə siması geri qayıdır?  |     22:39 "Sənin möhkəm çiyninə, məsləhətlərinə ehtiyacım var"  |     22:37 Monteneqroda Azərbaycan vətəndaşı saxlanılıb - VİDEO  |     22:28 Üçüncü oğlu da işdən çıxarıldı  |     22:16 Gəncədə ad günü dəvəti faciə ilə bitdi: dostunun tanışına ağır xəsarət yetirdi  |     22:05 Avtomobil məktəblini vurdu - FOTO  |     21:52 Dünya şöhrətli rəqqasın əsərinin premyerası Bakıda olacaq  |     21:38 Bu yaş dövründə idman edənlərin beyni gec qocalır  |     21:17 Restoranlarda bəh-bəhlə yediyimiz monqol quzuları belə kəsilirmiş... – Almadan əvvəl MÜTLƏQ OXUYUN!  |     21:07 Leyla Əliyeva İsmayıllı rayonuna səfərindən görüntülər paylaşdı  |     20:55 KİV: HƏMAS Qəzzada atəşkəsi pozub  |     20:48 Firəngiz Mütəllimova: "Təhminə obrazına məni çəkəcəkdilər, yataq səhnəsini göstərdilər, dedim..." - Müsahibə  |     20:40 Fəzail Ağamalıdan İTTİHAM: "Bu məsələdən Ramiz Mehdiyevin iyrənc iyi gəlir" - Nikahdankənar oğul məsələsi BÖYÜYÜR  |     20:32 Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 15 nəfər sakin təxliyə olunub  |     20:24 Bakıda geniş yayılan bu ağacın ziyanı faydasından çoxdur  |     20:15 Ukrayna işıqsız qala bilər - XƏBƏRDARLIQ  |     20:09 Kişilərin əksəriyyəti BU BÜRCLƏRİN qadınlarına aşiq olur  |     19:59 Donuz əti xərçəng yaradır — Britaniyada bekon və vetçinaya qadağa tələbi  |    

Ərdoğan: “Türkiyə tarixi bir dönüm nöqtəsində azərbaycanlı qardaşlarının yanında yer alıb”

“Türkiyə eynilə bir əsr əvvəl Nuri Paşa rəhbərliyindəki Qafqaz İslam Ordusunun etdiyi kimi tarixi bir dönüm nöqtəsində azərbaycanlı qardaşlarının yanında yer alıb”.

“Haber Global”ın məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Azərbaycanlı qardaşlarımız ölkəmizin də dəstəyi ilə 44 gün davam edən Vətən müharibəsini, həmd olsun, şərəfli bir zəfərlə taclandırıb. 30 ildir işğalda saxlanılan Azərbaycan torpaqları xilas edilmiş, Dağlıq Qarabağın vətən həsrəti sona çatmışdır. Hər anı qəhrəmanlıqlarla dolu 44 günlük bir savaşın ardından qazanılan zəfər hərbi, diplomatik və siyası baxımdan çox böyük anlamlar daşıyır.

Qarabağ artıq donmuş münaqişəni deyil, haqqın batilə qalib gəlməsi nəticəsində qazanılmış şanlı bir zəfəri ifadə edir. Şəhidlərimizin fədakarlığının rəmzi olan Azərbaycan bayrağı 30 ildən sonra Qarabağda qürurla dalğalanır. Laçından Şuşaya, Füzulidən Kəlbəcərə qədər bütün Qarabağ səmasını əzan bəzəyir.

Dağlıq Qarabağın xilası ilə Qarabağda yeni bir dövrün qapıları aralanıb. İnşallah bundan sonra bölgədə mərkəzində atışma yerinə sülhün, gərginlik yerinə əməkdaşlığın, münaqişə yerinə yaxşı qonşuluq münasibətlərinin olduğu yeni bir status-kvo qurulacaqdır. Qardaşım İlham Əliyevin dəvəti əsasında həyata keçirdiyimiz Azərbaycan ziyarəti bu baxımlar çox önəmli mesajlar ehtiva edir.

Azadlıq meydanında keçirilən Zəfər tədbirlərində mərhum Heydər Əliyevin “tək millət, iki dövlət” şüarının canlandığını hamımız birlikdə yenidən gördük. Bakı küçələrində, əllərində, maşınlarında, binalarında, balkonlarında Türkiyə və Azərbaycan bayraqları daşıyan azərbaycanlı qardaşlarımızın biz də heyətimizlə birlikdə ortaq olduq. VƏtən müharibəsi zamanı şəhid olan 2783 qəhrəman Azərbaycan əsgərini və 100 dinc sakini rəhmətlə yad etdik. Beləliklə, Türkiyə və Azərbaycanın kədərdə və sevincdə tək ürək, tək bilək olduğunu bütün dünyaya bir daha göstərdik.

Bundan, əlavə səfər zamanı keçirdiyimiz görüşlərdə Qarabağ mövzusunda beynəlxalq müstəvidə və digər ölkələrlə iş baxımından izləyəcəyimiz yol xəritəsini müzakirə etdik. Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında bərpa və müxtəlif infrasturuktur layihələrini dəyərləndirdik. Vətəndaşlarımıza şəxsiyyət vəsiqəsi ilə səyahət imkanı verən protokolla yanaşı, media və investisiya sahələrində müxtəlif anlaşmaların imzalanmasına şahidlik etdik. İmzalanan anlaşmaların müdafiə və infrastruktur başqa olmaqla hər sahədə əməkdaşlığımızı daha genişləndirəcəyinə inanıram.

Bu vəsilə ilə dəyərli qardaşım İlham Əliyevə dəvəti və qonaqpərvərliyi üçün özüm və yoldaşım adından, özünə və yoldaşına, eyni zamanda millətim adından Azərbaycan xalqına salam və sevgilərimi göndərirəm.Vətən, bayraq və əzan uğruna canlarını fəda edən Azərbaycan ordusunun qəhrəman nəfərlərinə Allahdan rəhmət, ailələrinə səbr, qazilərimizə şəfa diləyirəm. Qazanılan zəfər münasibətilə şəxsim və millətim adına bir daha Azərbaycan türklərini təbrik edirəm!”, - deyə R.T.Ərdoğan bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            849 14.12.20 23:01