Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:02 21 istiqamətdə tıxac var - SİYAHI | 18:54 Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb | 18:43 "Qarabağ"dan Yankoviç və Silva açıqlaması (Yenilənib) | 18:37 Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu | 18:30 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq | 18:27 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər (Yenilənib) | 18:22 “Vətən müharibəsi Cənubi Qafqazda yeni reallıqlar yaratdı” | 18:13 Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi" | 18:05 Millimiz üçüncü dəfə dünya çempionu oldu | 18:03 Prezident İlham Əliyev: "Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" | 17:46 Ər-arvadı öldürüb evlərini yandıran şəxsin məhkəməsi başlayır | 17:45 Ağstafada bir ailənin üç üzvü zəhərlənib | 17:23 Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər (VİDEO) | 17:14 Beynəlxalq axtarışda olan iki nəfər Gürcüstandan Azərbaycana gətirildi | 17:12 Gənc müəllimləri kəndlərdə saxlamaq üçün yeni addımlar lazımdır – AÇIQLAMA | 17:05 İmtahanlara müdaxilə cinayəti: Prokuror Kamran Əsədova cəza istədi | 17:04 Əli Əsədovdan məhkəmə ekspertləri ilə bağlı qərar | 17:03 Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? | 17:00 Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - FOTO (Yenilənib) | 16:57 Qonşusunu bıçaqlayan müharibə iştirakçısına verilən cəza məlum oldu |
Mojo.az Avto
Mojo.az Avto

GUAM-ın Baş katibi Altay Əfəndiyev Prezident İlham Əliyevi təbrik edib

17.11.2020 21:16 1 485
GUAM-ın Baş katibi Altay Əfəndiyev Prezident İlham Əliyevi təbrik edib
GUAM-ın Baş katibi Altay Əfəndiyevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Median.Az
Trend-ə istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Sizi və Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Katibliyi adından təbrik edirəm.

Otuz il əvvəl başlamış, bir çox dramatik və faciəvi dönəmlərdən, habelə dövlət quruculuğunun bir sıra mühüm mərhələlərindən keçən milli dirçəliş prosesi Azərbaycan Silahlı Qüvvələrinin şanlı Qələbəsi ilə özünün ən yüksək zirvəsinə çatdı və uzun müddətdir işğal altında qalan Azərbaycan torpaqlarının azad olunması ilə nəticələndi.

Biz nəinki müasir Azərbaycanın, həmçinin bütün regionun tarixində yeni bir səhifə açan bu tarixi Qələbə münasibətilə Sizi təbrik edirik. Bu Qələbə nəhəng potensialı, artan geostrateji əhəmiyyəti olan bir bölgə üçün perspektivli və nadir imkanlar, həmçinin inklüziv və hərtərəfli regional əməkdaşlıq, davamlı inkişaf üçün parlaq fürsətlər yaradır.

Biz bu Qələbəni həm də ədalətin təntənəsi, beynəlxalq hüququn norma və prinsiplərinin yerinə yetirilməsi kimi qiymətləndiririk. İnanırıq ki, bu Qələbə nəticəsində əldə olunmuş müsbət irəliləyişlər sülh və etimad mühitinin formalaşdırılması prosesində yeni dinamika yaradacaq. Bu da öz növbəsində bölgədəki hərbi qarşıdurmaların həllinə töhfə verəcək.

Sizi xüsusilə strateji baxışınız və səbrinizə əsaslanan rəhbərliyiniz sayəsində xalqınızın iradəsini səfərbər və onun birliyini təmin etməklə qazandığınız bu tarixi Qələbə münasibətilə təbrik edirəm.

Biz dörd dost ölkə və strateji tərəfdaşlardan ibarət regional təşkilat kimi regionda sülhün, sabitliyin, davamlı inkişafın möhkəmləndirilməsi prosesini dəstəkləməyə və ona töhfə verməyə hazır olduğumuzu bildiririk.

Bu əlamətdar bayram münasibətilə Sizə ölkənizin ərazi bütövlüyünün və suverenliyinin bərpasında, habelə Azərbaycan Respublikasının azad edilmiş ərazilərinin yenidən qurulmasında yeni-yeni uğurlar, daha böyük qələbələr arzulayırıq. Azərbaycan xalqına sülh, tərəqqi və rifah diləyirik".

Son xəbərlər