Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır | 13:12 Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq? | 13:09 Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA | 13:08 İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi | 13:07 Şamaxıda su çəninə düşən qadın öldü | 13:06 Dövlətə milyonlarla manat ziyan vuran sabiq vəzifəli şəxsə ittiham elan edildi | 13:01 Penitensiar Xidmətdən qovulub həbs edildi, təcridxanada keçmiş hərbçini aldatdı | 12:53 Sükan arxasında "Tiktok"da canlı yayım açan sürücülərə xəbərdarlıq |
Mojo.az Avto
Mojo.az Avto

BP: “Şahdəniz 2” layihəsi üzrə hasilat üçün 20 quyu qazılıb

16.11.2020 18:03 1 527
BP: “Şahdəniz 2” layihəsi üzrə hasilat üçün 20 quyu qazılıb
2020-ci ilin üçüncü rübü ərzində “Şahdəniz 2” layihəsi “Xankəndi” sualtı tikinti gəmisi vasitəsilə sualtı quraşdırma işlərini plana uyğun davam edib.

“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumata əsasən, borudüzən gəmi vasitəsilə şərq-cənub cinahına bağlanan axın xətlərinin mexaniki quraşdırılması 8 oktyabrda təhlükəsiz şəkildə başa çatıb.

Dərinsulu şərq-cənub cinahından hasilatın başlanması dənizdə quraşdırma və istismar sınaqları bitdikdən sonra 2021-ci ilin birinci yarısına planlaşdırılır. Digər iki dərinsulu cinahdan (qərb-cənub və şərq-şimal) hasilatın başlanması gələcək illərə planlaşdırılır və hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmağı təmin edəcək.

Bildirilib ki, üçüncü rübdə “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

Müvafiq dövr ərzində “Şahdəniz 2” layihəsi çərçivəsində hasilat və sonrakı artım üçün ümumilikdə 20 quyu qazılıb və bunlardan 16-sı tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazma işləri artıq 3864 metr dərinliyə çatıb və hazırda qazma əməliyyatları davam edir. Eləcə də, D230 blokunda oktyabr ayında emal prosesi tam başa çatdırılıb və hazırda perspektiv strukturun qiymətləndirilməsi işləri aparılır.

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş yerlərdə ilk kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir.

Quyu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin hazırda hökumət və ictimaiyyətlə müzakirələri davam edir. Sənədin təsdiqi ilə müvafiq icazələr alınmaqla quyunun qazılmasına 2021-ci ilin birinci rübündə başlanacaq.

Son xəbərlər