Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər | 20:49 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar | 20:42 Bu məhsullar bahalaşıb - SİYAHI | 20:37 Lənkəranda bir ailə plov və turşudan zəhərləndi - AQTA-dan xəbərdarlıq | 20:30 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ | 20:24 Amerikalı aktyor vəfat etdi | 20:15 Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlandı | 20:10 8 çamadan dolu pul yerə səpələndi - Astanada (VİDEO) | 20:03 Atasının ölümünə səbəb olan sürücü ilə zərərçəkmişlər barışdı - Məhkəmədən qərar | 19:58 NVIDIA şirkətində qalmaqal - Baş direktor gizli eşqə görə işindən oldu |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın bir həftə əvvəl məhv etdiyi polkovnikləri ermənilər indi açıqlayır

02.11.2020 19:45 1 440
Azərbaycanın bir həftə əvvəl məhv etdiyi polkovnikləri ermənilər indi açıqlayır
Ermənistan tərəfi daha iki rütbəli şəxsinin məhv edildiyini açıqlayıb.

11 nəfərdən ibarət siyahıya separatçı rejimin “müdafiə nazirinin müavini” və “Müdafiə ordusu Komandanı”nın müavini, polkovnik Artur Sarkisyan “başçılıq edir”. Onun Azərbaycan Ordusu tərəfindən məhv edildiyi bildirilib.

Qeyd edək ki, 45 yaşlı polkovnik Artur Sarkisyan iyulun 4-də qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə nazirinin müavini və Müdafiə Ordusu Komandanının müavini təyin edilmişdi.

Həmçinin, açıqlanan 11 nəfərlik siyahıda Sergey Şakaryanın da adı var. Şakaryan Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargah rəisidir. 46 yaşlı polkovnikə oktyabrın 4-də qondarma respublikanın prezidenti Araik Arutyunyanın fərmanı ilə “Artsax Qəhrəmanı” adı verilmişdi.

Bundan əvvəl Ermənistan mətbuatı oktyabrın 27-si səhər saatlarında qondarma respublikanın keçmiş komandanı, general-leytenant Cəlal Harutyunyanın yaralandığını açıqlamışdı. Bu üzdən o, vəzifəsindən uzaqlaşdırılıb və onu Mikael Arzumanyan əvəzləyib.

Onu da bildirək ki, ermənilər rəsmi olaraq itkilərinin sayını 1177 hərbçi göstərsə də, düşmənin itkilərinin sayı 10 minlərlədir. Artıq Ermənistan tərəfi dəfələrlə itkilərini gizlətməyə çalışdığını sübuta yetirib. Məsələn, Sergey Şakaryanın məhv edilməsi xəbərini Azərbaycan Müdafiə Nazirliyi hələ oktyabrın 27-si səhər saatlarında - yəni bir həftə əvvəl bəyan etmişdi.

Artur Sarkisyanın isə hərbçilərimiz tərəfindən öldürülməsi xəbərini Müdafiə Nazirliyi oktyabrın 29-da, yəni beş gün əvvəl bildirmişdi. Həmçinin həmin məlumatda nazirlik bəyan etmişdi ki, 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Qazaryan məhv edilib, artilleriya idarəsinin polkovnik-leytenantı B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanıb, 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşüb.

Son xəbərlər