Daha bir yüksək rütbəli işğalçı məhv edildi - RƏSMİ + FOTO
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Görülən cavab tədbirləri nəticəsində hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib.
Belə ki, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında avtomobil kolonunun atəşə tutulması nəticəsində 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini, polkovnik Viktor Arustamyan məhv edilib.