Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu  |     16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi  |     16:27 Bakıda idmançı məşq zamanı öldü  |     16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək  |     15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Dağıstanda sərhədin açılmasını gözləyən azərbaycanlılar müvəqqəti yaşayış mərkəzinə köçürülüb

02.11.2020 18:04 1 125
Dağıstanda sərhədin açılmasını gözləyən azərbaycanlılar müvəqqəti yaşayış mərkəzinə köçürülüb
Dağıstanın Dərbənd və Məhərrəmkənd rayonlarının sərhədində, Kullar kəndi yaxınlığında müvəqqəti düşərgədə sərhədlərin açılmasını gözləyən Azərbaycan vətəndaşları, soyuq hava səbəbindən respublikanın Kaytaq bölgəsində uşaq düşərgəsi bazasında müvəqqəti yaşayış mərkəzinə (MYM) köçürülüb.

Bu barədə TASS xəbər yayıb.

Bildirilir ki, hazırda MYM-də 280-dən çox insan var.

“Müvəqqəti yaşayış mərkəzində yaşamaq üçün bütün lazımi şərait yaradılıb”, - deyə agentliyə mənbədən məlumat verilib.

Kaytaq rayonunun rəhbərliyi məlumatı təsdiqləyib.

“Onlar (Azərbaycan vətəndaşları – red.) düşərgəyə yerləşdiriliblər”, - deyə administrasiya rəsmisi təfərrüatı açıqlamadan xəbər verib.

Qeyd edək ki, vaxtında vətənlərinə qayıda bilməyən Azərbaycan vətəndaşları üçün Rusiya Fövqəladə Hallar Nazirliyi Kullar kəndi yaxınlığında müvəqqəti yaşayış mərkəzi təşkil edib.

Onlar hər həftə mütəşəkkil qruplar halında evlərinə göndərilirlər.

Son xəbərlər